Loading

wait a moment

1500-ə yaxın şəxs həbsdən azad ediləcək – Əli Hüseynli

print
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli plenar iclasda prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik etməsindən danışdı və icranın gedişi ilə bağlı statistikadan bəhs etdi: “Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı. Həmin müddətdən məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Daha 5 min təqdimatın göndərilməsi nəzərdə tutulur. Ümumiləşdirəndə bu qanunun tətbiqi ilə bağlı 1500-ə yaxın şəxs həbsdən azad ediləcək, minlərlə məhkumun isə cəzaları yüngülləşdiriləcək”.

Komitə sədri dedi ki, bu qanunu Amnistiya qüvvəli qanun kimi də qəbul etmək olar. (Musavat.com)

Scroll Up