Türklər daha 9 kəndi terrorçulardan azad etdi – Suriyada

print
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 9 kəndi terrorçulardan azad edib.

Gün ərzində Deyr Savvan, Çarxanlı, Sorani, Heyyani, Akanlı, Zeytunə, Arpaviran, Mərvanə və Heygecə kəndləri işğaldan xilas edilib.

Deyr Svvan kəndinin alınması ilə birlikdə terrorçuların Türkiyənin Kilis rayonu ilə sərhəd əlaqəsi də kəsilib.

Bununla da terrorçulardan təmizlənən məntəqələrin sayı 89-a çatıb. Onlardan 61-i kənd, 20-si isə strateji yüksəklikdir.

Qeyd edək ki, əməliyyatın başladığı 20 yanvardan bu günə qədər 1715 terrorçu zərərsizləşdirilib. (Qafqazinfo)

Scroll Up