Loading

wait a moment

Türk ordusu Suriyada sürətlə irəliləyir – daha bir kənd ələ keçirildi

print
Türk Silahlı Qüvvələrini dəstəyi ilə Azad Suriya Ordusu Afrinin şimalında yerləşən Duraklı kəndini ələ keçirib.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, kəndin işğalı Bülbül və Azez cəbhələrinin birləşdirilməsi istəqamətində önəmli addım hesab edilir.
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, bu gün havadan və qurudan aparılan əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Beləliklə “Zeytun budağı” əməliyyatının 27-ci günündə 1528 terrorçu öldürüldüyü bildirilib.
Əməliyyatlar davam etdirilir. (Qaynarinfo)
Scroll Up