Loading

wait a moment

Aynur Qafarlı: Ey şanlı Türkiyəm, can Azərbaycan!

print
Ey şanlı Türkiyəm, can Azərbaycan!

şeir

Ana Vətən adına and içildi,

Uğurunda şirin candan keçildi,

Oğulların yarpaq kimi biçildi,

Qalx ayağa övladların verər can,

Ey şanlı Türkiyəm, can Azərbaycan!

Yunis Əmrə, Mövlanələr vətəni,

Həqq söyləyən Nəsimilər vətəni,

Akpinarlar, Mübarizlər vətəni,

Qalx ayağa yaraların verir qan,

Ey şanlı Türkiyəm, can Azərbaycan!

Vardıq! Var olmuşuq! Var olacağıq!

Qalxıb külümüzdən doğulacağıq!

Biz türk soyundanıq, ucalacağıq!

Əbədi məşəl tək alovlanıb yan!

Ey şanlı Türkiyəm, can Azərbaycan!

Aynur Qafarlı

Scroll Up