Loading

wait a moment

Təyyarə qəzasında bir azərbaycanlı həlak olub – Moskvada

print
Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.
***
Moskvada baş verən təyyarə qəzasında bir azərbaycanlı həlak olub.
“An-148” təyyarəsində olan sərnişinlərin siyahısı dərc edilib. Siyahıda Namiq Qəhrəmanov ad-soyadlı azərbaycanlı da var.
Qeyd edək ki, yerli vaxtla saat 14.21-də Moskvanın Domodedovo hava limanından qalxan və içində 71 nəfərin olduğu Saratov hava yollarına məxsus “An-148” təyyarəsi 2 dəqiqə sonra radarlardan itib. Orska uçan təyyarə Moskvanın Ramensk rayonunun ərazisində qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvünün həlak olduğunu açıqlayıb. (Qaynarinfo)
Scroll Up