Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Antonio Banderasla eyni filmdə

print
Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadə dünya şöhrətli ispan aktyor Antonio Banderasla eyni filmdə çıxış edəcək.
Türkiyə mediasına istinadən xəbər verilir ki, iddialara görə Cavadzadə Hollivud-İspaniyanın ortaq layihəsi olan film üçün baş rol təklifi alıb və sınaq çəkilişlərinə artıq start verilib. Prosesdən sonra ikilinin eyni filmdə iştirak edib-etməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, Nəsrin Cavadzadə daha əvvəl məşhur ispan rejissor Pedro Almadovarın prodüserlik etdiyi “El Desentierro” filmində çıxış edərək İspaniyada şöhrət qazanıb. (Qaynarinfo)
Scroll Up