Loading

wait a moment

İstanbulun yeni aeroportu oktyabrda açılacaq

print
İstanbulda yeni aeroportun istifadəyə verilməsi oktyabrın 29-na planlaşdırılır. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirib.

Anadolu agentliyinə istinadla xəbər verilir ki, nazirin sözlərinə görə, yeni aeroport artıq 80 faiz hazırdır. Atatürk beynəlxalq hava limanından bütün reyslər 48 saat ərzində ora köçürüləcək. Yeni aeroport dünyanın ən böyük hava limanlarından biri olacaq. Sahəsi 80 milyon kvadratmetr olan aeroport eyni vaxtda 114 təyyarə qəbul edə biləcək. Oradan ümumilikdə 350 istiqamət üzrə təyyarələr uçacaq. Yeni hava limanı ildə 200 milyona yaxın sərnişinə xidmət göstərəcək.

Nazir əlavə edib ki, layihənin dəyəri 10,2 milyard dollardır. İstismar olunduğu ilk 25 ildə onun 22,2 milyard dollar gəlir gətirəcəyi gözlənilir.

İstanbulun yeni aeroportu Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə reallaşdırılan üç meqalayihədən biridir. 2016-cı ildə Bosfor boğazı üzərində üçüncü körpü açılıb, bu il isə Bosfora paralel olaraq “İstanbul” kanalının tikintisinə başlamaq nəzərdə tutulur.

Scroll Up