Yüklənir

Gözləyin

380 terrorçu mühasirəyə alındı – Afrində

print
Türkiyə Silahlı Qüvvələri anti-terror əməliyyatı apardığı Suriyanın Afrin şəhərində 380 terrorçunu mühasirəyə alıb.
Türkiyə mediasına istinadən xəbər verilir ki, 2 kənddə yerləşmiş terrorçuların dəstək yerləri bağlanıb.
20 yanvarda başlayan “Zeytun Budağı” əməliyyatı çərçivəsində bu gün İngəndər kəndi PYD/PKK terrorçularından azad edilib. TSQ tərəfindən öldürülən PYD/PKK və İŞİD üzvlərinin sayı isə 1266 nəfərə çatıb.
Ordu qüvvələri Cindərəs, Bafelyun təpəsi, Şeyx Xuruz, Darmik dağı və s. ərazilərdə hücumlara davam edir. Digər tərəfdən, Afrinə 1100 xüsusi təyinatlı polisin göndərilməsi barədə qərar qəbul olunub. (Qaynarinfo)
Scroll Up