Loading

wait a moment

Afrindəki hərbi əməliyatların Azərbaycana təsiri

print
ABŞ başda olmaqla NATO blokunun Süriyada Əsəd rejimini 5-ci kolon və İŞİD vasitəsilə devirmə planının iflasa uğraması ilə şimal qonşumuz Rusiya nüfuzunu regionda daha da artırdı. Eyni zamanda da cənub qonşumuz olan İranda öz maraqlarını yaymaq üçün Suriyada əl-qolu daha da açıldı. Rusiya-İran və Əsədin tabeliyindəki birliklər İŞİD-ə bir-birinin ardınca öldürücü zərbələr endirdilər. Eyni zamanda Suriyanın “azadlığı” adı altında mübarizə aparan, əslində isə iqtidara gəlmək eşqi ilə alışıb yanan Azad Suriya Ordusu (ASO) da İŞİD-ə qarşı bir-iki uğurlu əməliyyat keçirsə də rəsmi şəkildə Qərbə qarşı olmadığını açıq-aşkar bəyan edir. Eyni zamanda Türkiyə ilə də yaxınlaşmağa çalışır. Çünki ortaq düşmənləri var – Əsəd rejimi!

Bu nüfuzun qarşısını almaq üçün qərb ən böyük 5-ci kolon olan separatçı kürdlərə dəstəyini əsirgəmədi… Bununla da kürd partiyası PYD-yə (Demokratik Birlik Partiyası) və YPG-ə (Xalq Qoruma Komitəsi – PYD-nin silahlı qanadı) siyasi-hərbi dəstəyini açıq-aşkar verir…

İngiltərənin Exeter şəhərindəki Ərəb və İslami Tədqiqatlar İnstitutunun Yaxın Şərq siyasəti professoru Gareth Stansfield “The Guardian” qəzetində yazır ki:

“İran, İraq, Türkiyə və Suriyadakı kürdlər bu ölkələrin hökumətləri tərəfindən daim basqı altındadır. Üstəlik adətən bir-biri ilə yola getməyən böyük regional güclər də kürdlərə qarşı həmişə vahid cəbhədən çıxış edirlər, yaşadıqları ölkələrdən asılı olmayaraq kürdlərin varlığı daim təhlükədədir.”

Qərb regionlardakı ( Türkiyə, Suriya, İran, İraq ) 40 milyona yaxın kürdləri səfərbər edərək, həm Türkiyəni daxildən parçalamaq, Rusiya ilə İranın Suriyada nüfuzunu zəiflədərək, qondarma “Kürd dövləti” yaratmağı bunulada yaxın şərqdə strateji hegemonluğa nail olmağa hər tərəfli çalışır. Onu da, qeyd edim ki, bu kürdlərin ilk dövlət qurmaq istəkləri deyil, beləki separatçı kürdlər (kürd xalqı nəzərdə tutulmur) Türkiyədə, Dağlıq Qarabağda, Cənubi Azərbaycan torpaqlarında da, dövlət yaratmağa cəhd göstərmişdilər. Hal-hazırda həm İraq, həm də Suriyanın torpaqlarını qaralayıblar…

Türkiyədə fetoçuların uğursuz çevrilişindən sonra ABŞ bütün kartları PYD,YPG,PKK üzərində qurdu. Az zaman sonra Türkiyənin Suriya ilə sərhədlərinə adı çəkilən birliklərin  silahlı basqınları başlayır.

20 yanvar 2018-ci ildə Türkiyənin Suriyanın Afrin şəhərində başlatdığı “Zeytun budağı” əməliyyatı yalnız öz təhlükəsizliyi üçün atılan addım deyil! Beləki, Qərbin ölkə daxilindəki dövlət çevrilişinin qarşısını alan  R.T.Ərdoğan bu dəfə də, ölkə xaricində Qərbə gücünü nümayiş etdirmək istəyir. Həqiqət naminə onu deyək ki, hələki bunu göstərməyi bacarır.  Əməliyyat başladığı gündən bu yana Türkiyə SQ-i 15 əsgəri həlak olub, 62 əsgəri isə yaralandığı halda kürd qruplaşmalarının (DYP, YPG, PKK) 947 terroçu, 200-dən çox hədəflər məhv edilib. Türkiyənin qələbələri artıq ABŞ və Avropada kəskin nifrət oyadıb. Elə onun ilk nəticələri də  fevralın 5-i özünü göstərdi. Niderlandiya krallığı Türkiyədəki səfirini geri çağıraraq diplomatik əlaqələri kəsdi.

Türkiyə ordusunun Almaniya istehsalı olan tanklarla Afrinə hücum etməsi bəzi alman siyasətçiləri narazı salıb. Əməliyyatda Almaniya istehsalı “Leopard” tanklarından istifadə olunur. Bir neçə partiyadan olan siyasətçilər hökumətə müraciət edərək Türkiyəyə tank satışını dayandırmağa çağırıblar. Baş nazir Merkelin partiyasından olan deputat Norbert Röttgen BBC-yə bildirib ki, “Türkiyənin Afrin əməliyyatı qanunsuzdur. O hökuməti Ankaraya silah embarqosu tətbiq etməyə çağırıb”.

Almaniya Sol Partiyanın Federal məclisdəki fraksiya sədri Sahra Wagenknecht bəyan edir: Afrin əməliyyatına cavab olaraq Konyadakı NATO bazasında xidmət edən Almaniya hərbçiləri geri çağırılmalıdır. Fraksiya sədri deyib ki, Konyadakı bazada AWACS kəşfiyyat təyyarələri tərəfindən əldə olunan kəşfiyyat bilgiləri Afrin əməliyyatında istifadə olunur.

Almaniyada PKK həssaslığı yeni hadisə olmasa da, son zamanlarda mülayimləşməkdə olan Almaniya-Türkiyə münasibətlərinin yenidən pisləşəcəyini demək olar.

Türkiyənin Afrində uğurlu əməlliyatları nəticəsində YPG-nin Suriyanın Münbic əyalətində böyük qüvvələr topladığı və Türk ordusuna qarşı təxribat, hücum-basqın əməliyyatlarına başlayacağı ehtimalı olduqca çoxdu. Digər Türkiyəni həddən çox narahat edən məsələ adı çəkilən əyalətdə ABŞ hərbi birləşmələrinin olması və YPG-yə dəstək verməsidi. ABŞ ən böyük hərbi bazasını məhz İraqın Suriya ilə sərhəddə yerləşən Muhafaza Nineva əyalətində cəmləşdirərək, Süriyanın şərq əraziləri yeni-yeni qüvvələri məhz adı çəkilən bazadan köçürür. Beləliklə, ABŞ həm İraqdakı Muhafaza Nineva həm də, Münbic bölgəsindən (Türkiyənin 40 kilometrliyində yerləşir) Türkiyə ordusunun əməliyyatlarını Şərq-Qərb istiqamətində tam olaraq nəzarətdə saxlayır. Təbii ki, ABŞ PYD-YPG-PKK üçlüyünün gücündən  pərdəarxası İŞİD-ə qarşı birgə “mübarizə” apardığını bildirsə də, əslində bu qüvvələri Türkiyəyə qarşı əməliyyatlarda silahlandıraraq dəstəyini əsirgəmir.

Rəsmi Ankara ABŞ-ın bu cür mövqeyinə qarşı etirazını bildirərək, terrorçuları münasibətinə son qoymağa çağırış etsə də, rəsmi Vaşinqton mövqeyinin dəyişməyəcəyini qəti şəkildə bildirir.

“Hürriyyət” nəşrinə istinad edərək, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bu barədə açıqlamasına nəzər salaq:

“Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək. Bu, diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Türkiyənin terrorizm və sərhədlərindən terrorçu qruplar barədə ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi ölçüdə birlikdə çalışırıq, ancaq “Zeytin budağı” əməliyyatı İŞİD-ə qarşı mübarizədə qazandıqlarımızın bir hissəsinin itirilməsinə səbəb ola bilər. Türkiyə NATO üzrə müttəfiqimizdir. 1950-ci illərin ortalarından bəri türk əsgərləri ilə hər hansı qarşıdurmamız yoxdur. Ümid edirik ki, bundan sonra da olmayacaq”.

ABŞ-ın Mərkəzi Komandanlığının rəisi, general  Cozef Voteldə CNN telekanalına açıqlamasında Münbicdən amerikan əsgərlərini geri çəkməyəcəklərinə dair açıqlama verib.

Moskvada yerləşən Yaxın Şərq İnstitutunun əməkaşı Konstantin Truyevtsevin fikrincə: “ABŞ Türkiyənin etibarını dəfələrlə itirib. Türkiyə Münbiçə doğru hərəkətə keçəcəksə, ABŞ-la birbaşa üz-üzə qalacaq. ABŞ bu nöqtədə imic itkisi ilə üzləşəcək və buna görə Türkiyənin düşmənlərinə daha çox silah yardımı edəcək. Bu isə vəziyyəti daha da pisləşdirəcək”.

Təbii ki, hələ bu son deyil, daha bir neçə ABŞ-la “dost olan” dövlətlərin Türkiyəyə qarşı iqtisadi-siyasi embarqo qoyacağı və diplomatik münasibətlərini kəsəcəyi istisna edilmir.

Ümumilikdə ABŞ və Avropa güclərinin (İngiltərə, Fransa əsas) təsiri ilə Rusiya və Türkiyə əlehinə açıq-aşkar yeni soyuq müharibə başlatmaq niyətindədi.

Rusiyaya qarşı qərəzli olaraq Beynəlxalq Olimpiya Komitəsinin Cənubi Koreyada keçiriləcək Olimpiyadaya rus idmannçılarının iştirakına qadağa qoyulması. ABŞ-nın nüvə strategiyasını dəyişərək, yeni nüvə dokrisını qəbul etməsi, bununla da, Rusiyanı, Çini, Koreya Xalq Demokratik Respublikasını (KXDR), İranı və digər ABŞ-ı vassalığını qəbul etmək istəməyən dövlətləri hədələməsi. Türkiyəyə qarşı iqtisadi-siyasi sanksiyalar, Venesuellada provokasiyalar edərək Maduro hökumətinin devrilməsinə göstərilən cəhdlər, Qüdsün İsrailin paytaxtı olmasını rəsmi şəkildə bəyan etmək, Kiprdə keçirilən seçkilərə birbaşa müdaxilələr və s. bu kimi hallar “yeni soyuq müharibənin” və isti münaqişələrin başlanması üçün bariz nümunədir.

Rusiya Türkiyənin Afrindəki əməliyyatlarına siyasi dəstək versə də, hərbi dəstəyi hələki, vermək fikrində deyil, bunun da, özünə məxsus səbəbləri var…

  1. Rusiya ilə Türkiyə arasında son 1 ildə isti münasibətlər gözə çarpsa da, Rusiya Türkiyənin NATO bloku və Qərb ilə uzaqlaşmasını istəyir. Bu baş versə Rusiya Türkiyə ilə daha çox hərtərəfli münasibətlər quracaq ki, bu da onları regionda güclü hərbi müttəfiqə çevirəcək;
  2. Rusiya regionda özünü daha çox sülhməramlı kimi göstərməyə çalışaraq, həm beynəlxalq arenada işğalçı adını alt-üst etməyi, həm də qüvvələrinə qənaət etməyi planlaşdırır;
  3. Ərdoğan hökuməti xalq içərisində nə qədər nüfuza malik olsa da, Türkiyədə kifayət qədər qərbin təsirində olan 5-ci kolon var. İstənilən halda dövlət daxilində çevriliş vulkanı püskürmə təhlükəsi var. Bu vulkan püskürsə hakimiyyətə qərbpərəstlərin əlinə keçəcək və Rusiyaya münasibət 360 dərəcə dəyişəcək. Belə bir hal olacağı təqdirdə Rusiya Suriya, İraq və Türkiyədəki kürdlərin köməyi ilə Türkiyəyə qarşı təxribatçı fəalliyətlər üçün istifadə edəcək. Ona görə də, Rusiya kürdlərə qarşı tam düşmən mövqeyi tutmaq istəmir, və “kürd kardını” xüsusi gediş üçün ehtiyatda saxlayır.

Əbəs yerə deyil ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə 22 yanvar 2018-ci il tarixdəki müsahibəsi zamanı “Türkiyənin “Zeytun budağı” əməliyyatını yaxından izləyirik deyə bildirmişdi.

Digər bir münaqişəyə çevrilə biləcək olay isə, Türkiyənin Afrindəki qələbələrindən İranın cırnamasıdı. Artıq rəsmi Tehran bu barədə çağırışda edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib ki, “Türkiyənin əməliyyatları Suriyada əminamanlığın bərqərar olmasına xidmət etmir və daxili müharibələr nəticəsində əldən düşən ölkədə gərginliyi daha da artıracaq. Türkiyə əməliyyatları dayandırmalı və Suriyanın ərazi bütövlüyünə sayğı duymalıdır”.

İran özündən sonra regionda güclü müsəlman dövlətinin olmasını istəmir, xüsusən də, sünnilərin çoxluq təşkil etdiyi Türkiyəni. Bunun qarşısını almaq üçün rəsmi Tehran bütün vasitələrə əl atacaq. Hətta İran Osmanlı varisini zəiflətmək üçün Ermənistanla daha da, yaxınlaşacaq ona iqtisadi, siyasi, hərbi dəstiyini əsirgəməyəcək. Həmçinin İran-Ermənistan isti münasibəti ilə bizim üçündə yan keçməyəcək.  Bu blok informasiya cəbhəsində bizə arzuolunmayan baş ağrısı törədəcək. Bir məqamıda diqqətinizə çatdırım ki, Ermənistanın SQ-dən başqa həm ölkə daxilində, həm də ölkə xaricində – Livanda, Fələstində, Süriyada muzdlu hərbi birləşmələri var. Həqiqət naminə etiraf etməliyik ki, kifayət qədər döyüş təcrübəsinə malik hərbi birləşmələrdi. Hələ düşünürəm ki, İranda yaşayan ermənilərdən ibarət hərbi birləşmələrin yaradılması da, istisna edilmir. Bu birləşmələr Suriya cəbhəsində Türk ordusuna qarşı vuruşacaqlar…Bu birləşmələrin Qarabağda genişmiqyaslı təlimlər keçərək bizə qarşı təxribatlar etməsi də istisna deyil.

Hələ ölkəmizdə “xomeyni sevdalılarının” seçkilər qabağı  hər hansı təxribatları da gözlənilir. Heç kimə sirr deyil ki, İranın bizə qarşı mənfi münasibəti yalnız türk olmağımızla, Qərblə isti münasibətlərimizin olmasıyla deyil, həmdə fələstinli qadın-uşaqlar başda olmaqla müsəlmanların  qanına susamış militarist İsrail ilə “qardaş” münasibətimizdi. Bu bizim hökumətin Xarici siyasətində ən başlıca səhvidir. Çünki sionistlərlə bu cür qardaş-dostluq münasibəti,  yalnız İranı deyil, əksər müsəlman ölkələrinin bizə qarşı soyuq olmasının təzahürüdü…

ABŞ Türkiyə ilə sərhədlərdə yerləşən Suriyanın şimal-şərq ərazilərindəki, hərbi birləşmələrin yerləşmə məntəqələri. Məhz bu birliklər PYD-yə lazımi dəstəyi verir. 

Bundan başqa ABŞ və Avropa birliyinin Rusiya ilə Türkiyənin nüfuzunu Azərbaycanda və bütünlüklə Cənubi Qafqazda təsirini azaldmaq, İlham Əliyev hökumətinin qonşuları ilə balanslaşdırılmış münasibəti də, qərbin marağına uyğun gəlmədiyindən, həmçinin devalvasiyanın vurduğu zərbələri tam olaraq aradan qaldırılmaması, Əli Kərimlinin “müxalifət camisini”, realçıları, nidaçıları, liberal-demokratları, “turançılar”, “LGBT” təşkilatları eləcə də qərbi “böyük qardaş”, “xilaskar” gözündə görən (xüsusən də tələbələr və gənçlər içərisində)  kütlənin hamısına katalizator qığılcımı verərək, seçkilər qabağı və seçkilər zamanı təxribat-təşviqat, ixtişaşlar edəcəkləri ehtimalı çox böyükdü…

Şimal qonşumuzunda bizlərə olan mövqeyi dəyişməz olaraq qalmaqdadı. Rusiya Cənubi Qafqazda “qərb avampostuna çevrilmiş ikinci Gürcüstanın” olmasına nəyin bahasına olursa olsun imkan verməyəcək…!

Bütün bu sadaladıqlarımdan sonra, İlham Əliyevin şəxsi hakimiyyəti saxlamaq üçün deyil, mərkəzi hakimiyyəti, stabilliyi qorumaq,  5-ci kolonun ixtişaş təxribat, münaqişə, hətta terror hadisələrinin qarşısını almaq üçün optimal olaraq bu addımı atdı… Tam əminliklə deyə bilərik ki, bu addımı yalnız İ.Əliyev deyil, digər rəhbərlər də, atıb, atır və atacaq da.

Rusiya bu cəbhəsində adı çəkilən dövlətin bölünməzliyini, Bəşər Əsəd hökumətini rəsmi olaraq Suriyanın yeganə hökumət kimi tanıyır. Türkiyə öz təhlükəsizliyini təmin etmək şərti ilə, Rusiyanın vasitəçiliyi ilə Əsəd hökuməti ilə dəyirmi masalar keçirərək yavaş-yavaş isti münasibətlər yaratmalı, eyni zamanda Rusiya ilə birgə ASO öz tərəflərinə çəkərək onları ABŞ ilə kürd separatçı-terrorçularına qarşı istifadə etməlidir.

Hərb məsələrdə isə Türk ordusu  çox itki verməmək üçün, YPG-yə qarşı daha çox aviazərbələr endirməklə və xüsusi təyinatlı birliklərlərini döyüşə cəlb etməklə əməlliyatları həyata keçirməli, ağır texnikalardan bacardıqca az istifadə etməlidir.

Rusiyada öz növbəsi hava əməliyyatları, hava kəşviyatı, qarşılıqlı kəşviyyat məlumatları mübadiləsini Türkiyədən əsirgəməməlidir.

Abdulla İsmayıloğlu

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up