Yüklənir

Gözləyin

Cənubi Koreya prezidenti KXDR liderinin bacısı ilə görüşdü – qısa söhbət

print
Cənubi Koreya Prezidenti Mun Ce-in Pxençan şəhərində Qış Olimpiya Oyunlarının açılış mərasimində Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo-conq ilə görüşüb və onunla qısa söhbət edib.

Kim Yo-conqun da daxil olduğu KXDR rəsmi nümayəndə heyəti Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya gəlib. Nümayəndə heyətinin fevralın 10-da Seulda Cənubi Koreya prezidenti Mun Ce-in ilə görüşü nəzərdə tutulub.

Scroll Up