2 ölkənin paytaxtı sualtı dəmiryolu xətti ilə birləşdiriləcək

print
Finlandiya və Estoniya çox iddialı bir layihəni həyata keçirməyə hazırlaşır.
Xarici mətbuata istinadən xəbər verilir ki, iki ölkənin paytaxtlarını birləşdirəcək dünyanın ən uzun sualtı metro xəttinin layihəsinin hazırlanmasına artıq başlanılıb.
İki şəhər arasında 90 kilometr məsafə olsa da quru yolu ilə bir şəhərdən o birinə 10 saata, gəmi ilə isə təxminən 2 saata getmək olur. Yeni layihə başa çatdıqdan sonra isə bu yolu cəmi 30 dəqiqəyə başa vurmaq olacaq.
Avropanın yeni sualtı tunelinin uzunluğu Fransa ilə Böyük Britaniyanı birləşdirən Manş tunelinin uzunluğundan 2 dəfə çox olacaq. Belə ki, Helsinki ilə Tallin arasında çəkiləcək xəttin uzunluğunun 102 kilometr olması planlaşdırılır. Bu yoldan həm sərnişin, həm də yük daşımaları üçün istifadə ediləcək.
Tunel bəzi yerlərdə 200 metrə qədər dərinlikdən keçəcək. Bunun üçün Finlandiya körfəzində 2 süni ada da yaradılacaq. Avropa Birliyinin bu layihə üçün 40 faiz investisiya yatırması düşünülür. Tunelin inşası 13-20 milyon avroya başa gələcəyi bildirilir. Dəqiq məlumatlarda isə bütün işin 16 milyona başa çatdırılacağı proqnozlaşdırılır.
Qeyd edək ki, tikintisi 7 ilə ərsəyə gələn Manş tunelinin də ümumi xərcləri 16,3 milyon avro olmuşdu.
Hər iki ölkə arasında razılıq əldə edilsə, tunelin inşasına 2025-ci ildə başlanılacaq və təxminən 15 ilə bütün işlər başa çatdırılacaq. Layihə bitdikdən sonra gündəlik 40 sərnişin qatarı, 17 yük maşını və 11 avtomobil transferi, 3 də yük qatarı səfərinin gerçəkləşdiriləcəyi proqnozlaşdırılır. (Qaynarinfo)
Scroll Up