Loading

wait a moment

Stalinin neçə uşağı olub?

print
Bu yazımızın qəhrəmanı İosif Stalin olsa da, nə onun inqilaba qədərki, quldurluq, nə inqilab zamanı, nə SSRİ-nin rəhbəri olmasından, nə böyük vətən müharibəsi zamanı fəaliyyətlərindən, nə də ölümündən söhbət açacağıq. Söhbətimiz böyük tiranın züriyətləri haqqındadır…

Azərbaycan xalqının əksəriyyəti istər ittifaq zamanı, istərsə də, müasir dövrdə “SSRİ Xalqları Atası”-nın  şəxsi həyatı və ailəsi haqqında demək olar ki, heçnə bilmir. Bildikləri də, “Stalin oğlunu generala dəyişmədi”, “oğlunu müharibəyə birinci yolladı” və s. bu kimi populist ifadələrdi. Fərdi şəxsləri hesaba almasaq, onun ikinci həyat yoldaşından olan övladları haqqında demək olar ki, heç kim bilmir.

Gəlin ardıcıllıqla Stalinin həyat yoldaşları, məşuqələri,  övladları, nəvə-nəticələri haqqında ardıcıllıqla söhbət açaq…

Hələ Stalin kimi tanınmayan, həm quldurluqla, həm də inqilabi fəaliyyətlə məşğul olan İosif Cuqaşvili ilk dəfə 1906-cı ildə ailə həyatı qurur.  O, inqilabçı yoldaşlarından olan Aleksandr Svanidzenin bacısı Kato Svanidze ilə evlənir. Onuda qeyd edək ki, onlar məhz Bakıda tanış olublar. Bu evlilikdən 1907-ci ildə Yakov adlı oğulları dünyaya, gəlir, lakin xöşbəxt ailə həyatı uzun sürmür. Beləki, 1907-ci il 5 dekabrında İosifin sevimli Katosu vərəm (bəzi məlumatlara görə qarın yatalağı) xəstəliyindən vəfat edir. Onun ölümü İosififi depresiyaya salsa da, inqilabi fəaliyyətindən uzaqlaşdırmır.

Kato Svanidze. Stalinin ilk məhəbbəti olsa da, xəstəlik onu ondan ayırdı.

Onların yeganə övladları olan Yakov Cuqaşvili məhz yuxarıda haqqında məşhur “ifadələr” söylənən oğludu. Amma biz onun həyatı və əsirliyindən danışmayacağıq, bu ayrıca bir yazıdı…!

Yakov Cuqaşvili. Rəhbərin ilk övladı olsa da, o heç vaxt ata qayğısı görmədi. 

Yakov Cuqaşvili 19 yaşında sinif yoldaşı olan 16 yaşlı Zoya Qunina ilə ailə həyatı qurur. Böyük liderin birinci oğlu subaylığın daşını atsa da, bu onun sonuncu evliliyi olmayacaqdı. Gənc cütlüklərin qız övladları dünyaya gəlsə də, tezliklə valideynlərin səhlənkarlığı üzündən körpə xəstələnərək vəfat edir. Bu hadisədən sonra onlar bir-birlərindən soyuyurlar və tezliklə ayrılırlar.

1935-ci ildə Yakovun Olqa Qoluşeva ilə izdivacı başlayır. Bu izdivacdan onların 1936-cı ildə Yevgeni adında oğulları dünyaya gəlir. Amma onlar münasibətlərini rəsmləşdirmirlər.

11 dekabr 1935-cı ildə  Yakov yenidən evlənir. Bu dəfə o, özündən 4 yaş böyük, sirkdə ballerina aktrisası kimi fəaliyyət göstərən yəhudi Yudif Melçer  ilə ailə həyatı qurur.  Say etibarı ilə Yakovun ikinci, yeni həyat yoldaşının isə beşinci evliliyi idi. Bu evlilikdən 18 fevral 1938-ci ildə Qalina adında qızları  dünyaya gəlir. Bu körpə Stalinin ilk rəsmi nəvəsidi (ölmüş nəvəsini nəzərə almasaq), həmçinin ən sevimli nəvəsi.

Bir maraqlı məqamıda qeyd edək ki, Yakovun bu evliliklərinin heç birinə ata Stalin razı olmamışdı.

Evgeni Cuqaşvili – rəhbərin ilk oğul nəvəsi. 

Böyük Vətən müharibəsinin başlaması ilə Yakovda müharibəyə yollandı. 1941-ci ilin iyulunda baş leytenant Cuqaşvili Vitebs uğrunda gedən döyüşlərdə almanlara əsir düşərək, Zaksenhauzen konslagerinə saxlanılır, 1943-cü ildə orda güllələnir. Digər mənbələrə görə isə o, Vitebs döyüşündə mühasirəyə düşərək son damla qanına qədər döyüşür və həlak olur…

Stalinin qeyri-qanuni nəvəsi olan Yevgeni Cuqaşvili (1936-2016) də, atasının yolunu gedərək hərbiçi olur. O, hərbi mühəndislik akademiyasını bitirərək polkovnik rütbəsinədək yüksəlir. Evgeni həmçinin tarix və hərb üzrə professordu. 2005-ci ildə Hollandiya universiteti Maastrixtin dəstəyi ilə “Yalta konfransının 60 illiyinə” həsr olunan mərasimə dəvət edilir. Yalta konransının digər səbəbkarları olan Uinston Çörçil və Franklin Ruzveltin nəvələri də dəvət edilir. Beləliklə üç liderin nəvələri bu tədbirdə iştirak edirlər.

Qalina Cuqaşvili – Stalinin ən sevimli nəvəsi

Yevgeni Cuqaşvilinin  Nanuli Nozadze ilə ailə həyatı qurub. Onun Visarion, Yakov adlı iki oğlu,  İosif, Vasili və Olqa adında nəvələri var.

Nəticə Yakov Cuqaşvili. Stalinin yerdə qalan züriyətləri içərisində ən çox o, babasının adını uca tutaraq, onun haqqında təbliğatlar aparır. 

Polkovnik Cuqaşvili 2015-ci ildə “Mənim babam Stalin. O – müqəddəsdir!” kitabını yazır. Bir il sonra isə vəfat edir.

Nəvə Visarion Cuqaşvili 2001-ci ildə alman kinematoqrafçıları ilə birgə “Yakov – Stalinin oğlu” bədii filmini lentə alır. Film ilk dəfə Nyu-yorkda  “Red Shift Film festival” festivalında nümayiş olunur.

Onun qardaşı Yakov Cuqaşvili isə Stalinin şəxsiyyətini və ideyologiyasını təbliğ edən ictimai xadim kimi tanınır.

Stalinin böyük oğlundan olan digər nəvəsi Qalina isə ixtisasca filoloqdur, həmçinin filologiya üzrə elmlər namizədidi. Vaxtı ilə Moskvada Dünya Ədəbiyyatı İnstetutunda kiçik elmi işçi kimi çalışıb. 1970-ci ildə o, BMT-də fövqəladə vəziyyətlə bağlı ekspert kimi çalışan Əlcəzair vətəndaşı Hüseyn ben Saad ilə ailə həyatı qurur və onların Səlim adında oğulları dünyaya gəlir. Beləliklə Stalinin nəticələrindən biridə əlcəzairlidi. Qalina Cuqaşvili bir neçə əsərlərin müəllifidi. Onun qələm məhsulunun ən maraqlıları isə sənədli-xatirə janrında yazılmış “Rəhbərin gizli ailəsi” və “Rəhbərin nəvəsi : baba, ata, ana və digərləri” kitabların müəllifidi. Q.Cuqaşvili 2007-ci ilin 27 avqustunda vəfat edib. Onu Moskva Novodeviçye qəbristanlığında dəfn ediblər.

Xalqlar atasının digər övladı qeyri-rəsmi dünyaya gəlmiş Konstantin Kuzakovdur. İ.Cuqaşvilinin 1905-1908-ci illərdəki Qafqazda və Bakıdakı inqilabi fəaliiyətlərinə görə həbs edilərək, Volqoqrad quberniyasının Solvıçeqodsk şəhərinə sürgünə göndərilir. Bu şəhərdə o iki dəfə sürgün edilir, beləki ilk dəfə 1909-cu ilin 27 fevralından 24 iyununa kimi orda sürgündə olur. Sonralar o, qaçır, lakin həbs olunaraq yenidən Solvıçeqodska göndərilir. 27. X.1910-cu il tarixdən 1911-ci ilin iyuluna qədər onun sürgünlüyü davam edir. Elə həmin müddətdə İosif özündən 4 yaş böyük olan Mariya Kuzakova adlı dul qadının evində yaşamağa başlayır. Adı çəkilən xanımın  əri rus-yapon müharibəsi iştirakçısı olmuş, 1906-ci ildə müharibədə aldığı yaralardan vəfat etmiş və 5 uşağı yadigar qoyub getmişdi. İosif bu evdə yalnız kirayişin kimi deyil, bir qafqazlı kişisinə xas olaraq Mariya Kuzakovaya himayədarlıq etmişdi. Sonralar bu himayədarlıq mənşuq və mənşuqəliyə çevrilmişdi. 1911-ci ildə İosifin sürgünün müddəti bitir, onu çar jandarmasının qəti əmri ilə Solveçoqodskdan yola salınır. Həmin ilin sentyabrın 1-də Kuzakova ailəsində oğlan uşağı dünyaya gəlir. Ona anası tərəfindən Konstantin adı verilir. Amma uşaq üçün doğum şəhadətnaməsi və xaç suyuna salınmır. Buna səbəb şəhərin kilsə xadimi atası bəlli olmayan uşağı xaç suyuna salmaqdan imtina etməsi idi, ona görə də, körpə Kostyanı Kotlas şəhərinin Stefaniyevski kilsəsində xaç suyuna salınır, anasının təkidi ilə ata adı və soyad olaraq vəfat etmiş ərinin ata adı, soyadı verilir – Konstantin Stepanoviç Kuzakov.

Mariya Kuzakova. Hələ Stalin kimi məşhurlaşmayan Solvıçeqodskda sürgündə olan İosifin qayğısına qalan qadın. Mariyanın rəhbərdən Konstantin adında oğul övladı dünyaya gətirəcək 

Orta təhsilini doğma şəhərində alan Konstantin, 1927-ci ildə Leninqrad Xalq Təsərüfatı İnstetunun (LXTİ) fəlsəfə şöbəsinə qəbul olur. 1930-cu ildə oranı əla qiymətlərlə bitirərək orda müəllim kimi saxlanılır. O, “Dialektik materializm”-dan dərs deməyə başlayır.

1931-ci ildə NKVD (Xalq Daxili İşlər Komisarlığı) əməkdaşları tərəfindən atasının Stalin olması ilə bağlı ağzının yummasına dair xəbərdarlığ edilir.

1932-1939-cu ildə LXTİ-da dossent, kafedra rəisi vəzifələrinə irəli çəkilir, eyni zamanda Ümum İttifaq Kommunist Partiyasının (ÜİKP) Leninqrad vilayət komitəsində lektor (mühazirəçi) qrupuna da üzv olur. 1940-cı ildə Moskvaya ÜİKP-nın “Təbliğat və təşviqat” şöbəsinə gətirilir, bununla yanaşı 1947-ci ilə qədər Ali Partiya Məktəbində mühazirələr oxuyur. BVM-si zamanı qarış-qarış cəbhələri gəzərək hərbi müxbir kimi çalışır. “I dərəcəli Vətən” və “Qırmızı ulduz” ordenlərinə layiq görülür.

1946-1947-ci illərdə SSRİ Kinemotoqrafiya Nazirinin müavini, 1947-1954-cü illərdə “Mosfilm” kinostudiyasının senari-redaktə şöbəsinin baş redaktoru, 1954-1955-ci illərdə SSRİ Kinemotoqrafiya Nazirliyin Baş İdarəsinin rəisi, 1955-1959-cu illərdə “ İskustvo” nəşriyyatının direktoru, 1959-1987-ci illərdə SSRİ Dövlət Teleradio Komitəsində (TK) Baş idarə rəsisi, TK-si sədrinin müavini, ədəbi-dram proqramlarının baş redaktoru vəzifələrində çalışır, eyni zamanda TK kollegiyasının üzvlərindən biri olur. 1987-ci ildə təqaüdə çıxır. Ömrünün son illərində atasının kimliyi barədə qəzet-jurnallara müsahibələr verir. 1996-cı ildə vəfat edir. Yasenevsk qəbristanlığında dəfn olunub.

K.Kuzakovun 1935-ci il təvəllüdlü Vladimir adında oğlu var. O, Təbiətşünaslıq və Texniki Tarix İnstetutunda böyük elmi işçi kimi çalışır.

1912-ci ildə artıq Cuqaşvili kimi deyil Stalin kimi adı dillər əzbəri olan bolşevik avanqard inqilabçısı 1914-cü ildə yenidən sürgünə göndərilir. Bu dəfə onu Krasnoyarsk vilayətinin cuzi əhalisi olan Kureyka kəndinə sürgün edirlər. Orada o, əvvəlcə İvanovlar ailəsinin evində, sonra isə Pereprıgina ailəsinin evində yaşayır.

Diqqət çəkən məqam odur ki, Pereprıgina ailəsində ailə başçları vəfat etdiyindən, ailənin rəhbərliyini 14 yaşlı Lidiya Pereprıgina öz üzərinə götürmüşdü. Onun özündən başqa 6 qardaş-bacısı vardı. Tezliklə Lidiya ilə İosifin arasında “sevgili” münasibəti yaranır. Lidiya hamilə qalaraq oğlan uşağı dünyaya gətirir. Tezliklə Stalinin jandarm həbs edirir. Lakin Stalin yazılı and içir ki, 16 yaşı (1830-cu ildə Çar Rusiyasında nigaha daxil olma yaşı 16 idi)  tamam olan kimi Lidiya ilə evlənəcək. Bundan sonra onu sərbəst buraxırlar, lakin tezliklə uşaq xəstəlikdən vəfat edir. 1916-cı ildə Stalin sürgündən qaçır. 1917-ci ildə isə Lidiya ikinci oğlunu dünyaya gətirərək, ona Aleksandr adını verir. Bununlada Stalinin “sibirli oğlu” dünyaya göz açır. Sonralar Lidiya Stalini I Dünya Müharibəsində həlak olmuş hesab edir, çünki o dövrdə sürgündən qaçanların çoxu cəbhəyə qaçır və ya hökumət nümayəndələrinə könüllü olaraq cəbhəyə getmək istəklərini bildirirdilər. Bir müddət sonra Lidiya kənd sakini olan balıqçı Yakov Davıdovla ailə həyatı qurur və körbəyə öz soyadını verir.

 

Konstantin Kuzakov əsl atasının kim olduğunu çox gözəl bilirdi. Elə Stalində gənç perespektvli partiya işçisinin onun oğlu olduğunu bilirdi. Hətta 1937-ci il represiyası dalğasında Konstantinin ən yaxın dost-yoldaşlarını həbs edərək düşərgələrə salıb öldürüləndə. Konstantinində Lavrenti Beriyanın qara siyahısında adı var idi. Lakin ata Stalinin əmri ilə ona toxunulmur…

 

Lidiya  vəfasız “sevgilisindən” birdə “Böyük Oktyabr” inqilabından sonra xəbər tutur. O da, şəkildən. Stalin sibirli oğlundan xəbərdar, hətta uşağın 4 yaşı olanda, onu götürmək istəyir, lakin alınmır. 1934-cü ildə o, birdə oğluna sahib olmaq üçün cəhd göstərir, amma bu dəfə bu xəbəri alan Aleksandr sibir meşəsinin dərinliklərinə qaçaraq gizlənir.

1938-ci ildə böyük dövlətin ağasının sibirli oğlu orduda xidmətə başlayır. O, sıravi əsgərdən kiçik zabit rütbələrinə qədər yüksəlir, qəhramanlıqlıq, şücaət göstərərək müharibədən üzü ağ çıxır, bir necə orden-medalla təltif olunur.  Müharibədən sonra rəhbərin sibirli oğlu ordu qalaraq, xidmətini davam etdirmək üçün Koreyaya göndərilir. Elə ata Stalin məhz bu zaman sonuncu – 3 dəfə sibirli oğlunun axraşına çıxır. Lakin onun axtarışına belə cavab verilir – 1946-cı ildə İttifaq ərazisində belə bir şəxs tapılmadı…!

1950-1953-cü illərdə Koreya müharibəsində də iştirak edir, bəxt sibirli şəhzadənin üzünə gülür və o yenə amansız müharibədən sağ çıxır.

1953-cü il martın 5-də xalqlar atası qəfildən vəfat edir, bu qara bulud Aleksandrın baş üzərində də iz qoyur. Rəhbərin ölümündən sonra qərar verilir, ali təhsili olmayan zabitlər ordudan ixtisar olunsun. 1955-ci ildə sibirli “Stalini” də ordudan ixtisar edirlər. O, böyüdüyü  doğma yurduna qayıdaraq zəhmətkeş sovet vətəndaşlaşı müxtəlif işlərdə çalışır. Aleksandr hələ müharibə dövründə Evdokiya adlı bir qızla ailə həyatı qurmuş, onların 1941-ci ildə Edik, 1946-cı ildə Valeri(körpəliyində ölüb), nəhayət Pxenyanda 1948-ci ildə Yuri adlı oğulları dünyaya gəlib. Rəhbərin sibirli

Lidiya Pereprıgina. Onun 14 yaşı olanda Stalinə vurulur. Ondan iki oğlan uşağı dünyaya gətirir. Stalin gələcəkdə onunla evlənəcəyinə söz versədə, sözünü tutmayaraq, qaçır və özünü yenidən inqilaba həsr edir. Lidiya isə Aleksandr adında ikinci oğlunu dünyaya gətirir.

ailəsinin üzvlərindən, Lidiya 1987-ci ildə, Aleksandr 1997-ci ildə vəfat ediblər. Onun böyük oğluda vəfat edib. Stalinin birbaşa varislərində nəvəsi Yuri qalıb. Onunda 3 nəvəsi var. Hal-hazırda elə öz doğma yurdunda yaşayır və mühəndis kimi çalışır.

Nikita Xruşovun hakimiyyətə gəlməsi ilə Stalinin şəxsiyyətə pərəstişi aradan qaldırılması və onun “fəalliyətləri” üzə çıxarılmağa başlandı. 1956-cı ilin 4 iyulunda DTX-nin katibi İvan Serovun Stalinin dövründə gizlədilmiş arxiv sənədlər əsasında N.Xruşova yazılı məruzəsindən ölmüş rəhbərin  1914-1916-cı illərdəki sürgün zamanı Lidiya Pereprıgina ilə münasibətindən və ondan dünyaya gətirdiyi oğlundan söhbət açır. Bu məruzədən sonra Xruşov xalq düşməni elan etdiyi Stalinin sibirli varisi ilə bağlı olan sənədləri 50 il məxfiləşdirir. Yalnız 2006-cı ildən tarixci Aleksey Boqomolov, sonra isə Boris İlizarovun araşdırmalarından sonra bu barədə, cəmiyyətə ilk dəfə söz çatdırıldı, mətbuatda yazılar dərc edildi, sənədli filimlər çəkildi, nəhayət 2016-cı ildə rəhbərin ikinci rəsmi oğlu olan Vasili Stalinin oğlu Aleksandr Burdonski (Stalinin nəvəsi) ilə Yuri Davıdovun DNT-ri tutuşdurularaq sübuta yetirildi ki, sonuncu 99% Stalinin genlərini daşıyır, yani Aleksandr Davıdov xalqlar atasının oğludur, Yuri isə nəvəsidir!

Xalqlar atasının sibirli oğlu Aleksandr Davıdov. O, 17 il orduda xidmət edərək iki amansız müharibədə iştirakçısı olmuş və sağ qalmışdı. Rəhbər oğlunu 3 dəfə yanına gətirmək istəsə də, heç biri alınmamışdı.

Sibir “macərasından” sonra Stalin 1917-ci ildə Peterburqa qayıdır. Elə həmin il fəhlə-inqilabçı Sergey Alliluyevin qızı 16 yaşlı qızı Nadejda Alliluyeva ilə izdivaçı başlayır. Maraqlı olaraq onuda bildirim ki, Nadeşda 9 sentyabr 1901-ci ildə Bakıda dünyaya gəlib. Tezliklə Nadejda evdən qaçaraq Stalinlə birgə yaşamağa başlayır. 1918-ci ildə onlar evlənsələr də, yalnız 24 mart 1919-cu ildə rəsmi nigaha girdilər. Bu evlilikdən onların 1920-ci ildə Vasili adında oğulları, 1926-cı ildə isə Svetlana adından qızları dünyaya gəlir.

Aleksandrın oğlu Yuri Davıdov. 2016-cı ildə DNT ekspertizası zamanı tam şəkildə sübuta yetirildiki Stalinin nəvəsidi. 

1922-ci ildən hakim vəzifələri ələ keçirməyə başlayan, Lenin ölümündən sonra isə bütün  hakimiyyəti əlinə alan Stalin böyük bir dövlətin rəhbəri olsa da, ailə həyatı təmamilə böhran vəziyyətində idi. Nadejda ilə münasibətləri təmamilə pisləşmiş, bir-birlərinə qarşı artıq soyumuşdular. 1932-ci il noyabrın 8-dən 9-na keçən gecə Nadejda özünü güllələyərək intihar edir. Bundan sonra xalqlar atası birdə ailə həyatı qurmur.

Rəhbərin ikinci rəsmi oğlu olan Vasili 24 mart 1921-ci ildə dünyaya gəlib.

1938-1940-cı illərdə Kaçinski hərbi təyyarəçilik məktəbini, 1940-1941-ci illərdə Hərbi hava mühəndislər akademiyasında təhsil alır. Müharibə zamanı təlimçi təyyarəçi vəzifəsindən qırıcı aviasiya diviziyasının komandiri vəzifəsinə qədər irəlilədi. Müharibəni polkovnik rütbəsində bitirir. Yalnız “Berlin əməliyyatı” zamanı polkovnik Stalinin diviziyası 949 döyüş uçuşları edərək, 15 hava döyüşlərində 18 düşmən təyyarisini yerə salmışdılar. Şəxsən polkovnik Stalinin özü 26 hərbi uçuşlar edərək bəzi mənbələrə görə 5, digər mənbələrə görə isə 2 düşmən təyyarəsini məhv etmişdi. Gənç polkovnik ölkənin 13, Polşa dövlətinin isə 3 orden-medalları ilə təltif edilmişdi.

Nadejda Alliluyeva Stalinin ikinci həyat yoldaşı. O, nə qədər zəhmətkeş, qayğıkeş xanım olmasına baxmayaraq, ərindən qarşılıqlı hörmət, nəvaziş görmək nəsib olmadı. 

1946-cı ildə o, aviasiya general-mayoru rütbəsinə layiq görülür, 1949-cu ildə isə general-leytenant rütbəsi alaraq, Moskva Hərbi Dairəsinin HHQ komandanı vəzifəsinə gətirilir.

Kremlin “şahzadəsi” uğurları ilə yanaşı həm də, içki düşgünü olur və gününü eyş-işrət məclislərində keçirir. 1952-ci ildə onu vəzifəsindən uzaqlaşdırırlar. 1953-cü il martın 5-də xalqlar atası olan İosif Stalin vəfat edir, bununla “şahzadə” Stalinin də qara günləri başlayır, onu əvvəlcə ordudan qovur, rəhbərin ölümündən 53 gün sonra Kremlin “şahzadəsini” antisovet təbliğatında günahlandıraraq həbs edirlər. Məhkəmənin qərarı ilə onu 8 il azadlıqdan məhrum edirlər. Diqqət çəkən məqamlardan biridə odur ki, istər Lefortovo həbsxanasında, istərsə də, Vladimirskiy Central həbsxanasında onu rəhbərin oğlu Vasili İosifoviç Stalin adı ilə deyil, Vasili Pavloviç Vasilyev adında qeyd edirlər. Buna səbəb o idi ki, yeni hakimiyyət nümayəndələri xalq qınağından qorxurdular. Lakin atanın etdiyi əməllərin cəzasını  oğuldan da almağa çəkinmirdilər. Türmə həyatı zamanı Vasili əlilə çevrilərək ömrünün sonunadək çəliyin köməkliyi ilə yeriyir. 1960-cı il 9 yanvarında həyatı puç olmuş “şahzadəni” vaxtından əvvəl azad edirlər. Ona Moskvada 3 otaqlı mənzil, hərbi forma daşıma hüququ, general təqaüdü ayırırlar. Lakin onun azadlığ sevinci çox çəkmir, 16 aprel 1960-cı ildə onu yenidən antisovet təbliğatına görə həbs edirlər. 28 aprel 1961-ci ildə Vasili azadlığa çıxsa da, bəraət qazanmır, ona Stalin soyadını daşımağı qadağan edərək, yeni olan Cuqaşvili soyadı ilə pasport verirlər, eyni zamanda 5 illik müddətinə Kazan şəhərinə sürgün edirlər.  Həmin dövrdə adı çəkilən şəhər əcnəbilərin üzünə bağlı olan şəhər idi. Xruşov hökuməti varis Stalinin Çin Xalq Respublikasına sığınmaq, və ya ABŞ agentlərinə atasının əslində öz əcəli ilə deyil, Xruşov-Malenkov-Beriya üçlüyünün sui-qəsdi nəticəsində zəhərlənərək oldürülməsi iddiasının irəli sürülməsindən ehtiyat edirdilər. Kazanda o 150 rubl təqayüdlə yaşayır və gününü əyaşlıqla keçirirdi. 19 mart 1962-ci ildə Kremlin “şahzadəsi” vəfat edir. Rəsmi məlumata görə alkoqoldan zəhərlənmə. Lakin sonralar onun KQB agentləri tərəfindən zəhərlədilməsi faktı da irəli sürülür. Onu heç bir hərbi ehtiram göstərmədən Kazan şəhəri  Arsk qəbristanlığında dəfn edirlər. 1999-cu ildə Rusiya baş hərbi məhkəməsi qərarı ilə general-leytenant Vasili Stalini tam bəraət hökmü çıxarır. 2002-ci ildə onu nəşi Moskva Troyekurovsk qəbristanlığına gətirilərə orada dəfn edilir.

 

Kremlin “şəhzadəsi” Vasili 26 yaşında general mundiri geyinərək, vəzifələrə çəkilsədə, əyyaşlığı ucbatında tutduğu zirvələrdən aşağı yuvarlandı, sonda 8 il həbs yatdı. 41 yaşında müəmmalı şəkildə vəfat etdi.

Vasili Stalin 4 dəfə ailə həyatı qurub.

İlk ailə həyatını 1940-cı ildə Qalina Burdonskaya ilə qurub. Adı çəkilən zərif cins nümayəndəsi fransız mənşəllidi. Beləki, o Napaleon müharibəsi zamanı ruslara əsir düşən Burdon soyadlı zabitin kötücəsidir. Bu evlilikdən Aleksandr və Nadejda adlı övladları dünyaya gəlib. 1944-cü ildə dağılıb.

Vasilinin oğlu Aleksandr 1941-ci ildə dünyaya gəlib, uşaqlıda Stalin soyadını daşısa da, sonralar məşhur soyaddan imtina edərək anasının soyadı olan Burdonskini götürür. Həyatı boyu ata-babasına qarşı nifrət hissi keçirir. Hətta bir dəfə də olsun babası Stalinin üzünü, nə də, nəvazişini görmüşdü. O, babasını yaxından bir dəfə – 5 mart anım günündə görüb. Savadı və qabiliyyəti sayəsində 1958-ci ildə Bədii-texniki Teatr Litseyini, sonralar isə Rusiya Teatr Sənəti İnstetunu bitirərək rejissör kimi fəaliyyətə başlayır. 1972-ci ildən “Rusiya Mərkəzi Akademik Ordu Teatrında” quruluşçu rejissör kimi çalışır. 1985-ci ildə o, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) əməkdar artisti, 1996-cı ildə isə Rusiya Federasiyasının xalq artisti adına layiq görülür.

Ailə həyatı qursada, övladı olmur. Buna səbəb, babasının geninin itməsini istəməsidi kimi izah edir.

Aleksandr Burdonski Stalinin nəvəsi olsa da, daim ata-babasına nifrət edərək, soyadını dəyişdirmiş, hətta övlad sahibi olmaqdan da, imtina etmişdi.

24 may 2017-ci ildə Aleksand Burdonski uzun sürən xəstəlikdən sonra vəfat edir. Onu Vaqankovsk qəbristanlığında anasının yanında dəfn edirlər.

Vasilin qızı Nadejda Stalin 1943-cü ildə dünyaya gəlib. Sonralar SSRİ Xalq yazıçısı Aleksandr Fadeyevin oğulluğu Aleksandla ailə həyatı qurub. Onların 1977-ci il təvəllüdlü Anastasiya Stalin adında qızları və 1992-ci il doğumlu Qalina Fadeyeva adında nəvələri var. Nadejda 1999-cu ildə dünyasını dəyişib

1946-cı ildə Vasili marşal Semyon Timoşenkonun qızı Ekaterina Timoşenko  ilə ailə həyatı qurur. Bu evlilik cəmi 3 il çəkir. Onların 1947-ci ildə Svetlana adlı qızları, 1949-cu ildə isə Vasili adında oğulları dünyaya gəlir. Nəvə Vasili narkotika aludəçisi olur. 1972-ci ildə özünü güllələyərək intihar edir. Digər nəvə Svetlana isə psixi pozuntulu doğulduğundan ailə həyatı qura bilmir. O, 1990-cı ildə tənhalıq içərisində vəfat edir.

1949-cu ildə Vasili yenidən ailə həyatı qurur. Bu dəfəki seçim qadınlar arasından 20 qat SSRİ çempionu olan Kapitalina Vasilyeva olur. Bu evlilik 1953-cü ilə qədər davam edir. Lakin bu evlilikdən uşaqları olmur.

Nəhayət 1961-ci ildə Kremlin “şahzadəsi” eston əsilli tibb baçısı olan Mariya Nusber (qızlıq soyadı Şevargina) ilə ailə həyatı qurur.  Hətta bu xanımın birinci evlilikdən olan qızlarını da öz yeni soyadı olan Cuqaşvilini verir. Bu izdivacdan da Vasilinin uşağı olmur.

 

Vasili Stalinin 2-ci nigahdan olan övladları Vasili ilə Svetlana. Onlar Stalinin ən bədbəxt və faciəvi şəkildə ölən nəvələri kimi də, tarixə düşdülər. 

Nəhayət rəhbərin qızı Svetllana Stalin haqqında söhbət açaq. Sveta rəhbərin ən sevimli övladı idi. Svetlana yüngül əxlaq sahibi olan bir qız kimi böyümüş və 5 dəfə ailə həyatı qurur.

Birinci ailə həyatını 1944-cü ildə yəhudi Qriqori Morozov ilə qurur. Onların İosif adında oğulları dünyaya gəlir. 1949-cu ildə onlar ayrılır.

İosif sonralar Aliluyev soyadını götürür. O, tibb üzrə təhsil alaraq, kardioloq ixtisasına yiyələnir. Sonralar tibb üzrə elmlər doktoru, RSFSR-nin əməkdar elm xadimi olur. 2008-ci ildə vəfat edib. Nəvə İosif iki dəfə ailə həyatı qurmuş, birinci evliliyindən İlya adında oğlu var.

1949-cu ildə Svetlana 2-ci dəfə ailə həyatı qurur. Bu dəfə SSRİ-nin partiya və siyasi xadimi, SSRİ Ali Sovetinin sədri  Andrey Jdanovun oğlu Yuriy Jdanovla evlənir. Bu evlilik 1952-ci ildə sona çatır. Cütlüyün 1950-ci ildə Ekaterina adında qızları dünyaya gəlir. Ekaterina ixtisasca vulkanşünasdı. Vsevolod Kozevlə ailə həyatı qurmuş və Anna adında bir qızı var. Hal-hazırda uzaq Komçatkada sadə həyat yaşayırlar.

Svetlana rəhbərin ən sevimli övladı, qızı idi.

Svetlana hədsiz dərəcədə macəra axtaran bir xanım idi. Elə həyatda ona lazımınca pis-yaxşı macəralar yaşatdı

1957-ci ildə rəhbərin qızı Aleksandr Svanidze ilə ailə həyatı qurur. 1959-cu ildə ayrılırlar. Uşaqları olmur.

1962-cü ildə Moskvada ezamiyyətdə olan hindli kommunist Brandşem Sinqxla izdivacı yaranır, 1963-cü ildə onlar vətəndaş nigahı ilə evlənirlər. 1967-cı ildə hindli əri vəfat edir. Övladları olmur. Ərinin vəsiyyətini yerinə yetirmək üçün Sveta sovet hökumətində çətinliklədə olsa icazə alaraq, Hindistana gələrək ərinin yerli qayda-qanunlarla dəfn olunmasına nail olur. Sonra isə Hindistandakı ABŞ səfirliyinə sığınaraq, sonuncu ölkəyə qaçır.

1970-ci ildə amerikalı memar Uilyam Piterslə ailə həyatı qurur. Bu evliliyə də 1973-cü ildə son qoyulur. Cütlüyün 1971-ci ildə Olqa adında qızları dünyaya gəlir. Sonralara Olqa adını dəyişərək Kris edir. ABŞ-da Stalinin amerikalı nəvəsi Kris Evans kimi tanınır. Rəhbərin nəvəsidə yüngül həyat tərzi keçirməklə məşğuldu, övladı yoxdu.

Svetlananın birinci və ikinci ərlərindən olan övladları Ekaterina Jdanova, İosif Alliluyev. Onların hər biri analarına nifrət edirlər.

 

Svetlananın, 5-ci nigahından olan qızı Olqa Piters. Sonralar ad-soyadını dəyişərək Kris Evans olur. Stalinin amerikanlı nəvəsi yüngül əxlaqa sahib, günün əyyaşlıqla keçirən biri kimi diqqət çəkir.

Svetlana Stalin bir neçə kitabların müəllifidir. Onlar içərisində ən məşhuru “Dosta 20 məktub”. Sonralar bu kitab bestsellerə çevrilir. O, bu kitabdan 3 milyona yaxın qonorar əldə edir. Həmin kitabda rəhbərin həyatından maraqlı və sirli məqamlardan söhbət açılır.

Rəsmi məlumata görə xalqlar atasının sonun övladı 22 noyabr 2011-ci ildə Viskonsil Ştatının Medison şəhərində qocalar evində xərçəng xəstəliyindən vəfat edir. Onun vəsiyyətinə uyğun olaraq nəşi yandırılır, külü isə qızı Kris Pitersin yaşadığı Oreqon Ştatının Portlend şəhərində dəfn edilir. Amma məzarın yerini demək olar ki, heç kim bilmir.

Gördüyünüz kimi İosif Stalin SSRİ rəhbəri olmaqla kifayətlənməmiş, həmçinin beynəlmiləlçi ailə instetunun yaranmasında şəxsi nümunə göstərərək gürçü, rus, qaraçı, alman, fransız, ukrayin, yəhudi, eston, əlcəzair, amerikan xalqları ilə birbaşa və dolayı yolla qohum olmuşdu. Hansı ki, bu barədə yuxarıda yazmışıq.

Iki maraqlı məqamıda diqqətinizə çatdırmaq istərdim ki, Svetlana Stalin son müsahibələrinin birində ona siz russunuz, gəlin rusca danışaq ifadəsinə, kəskin şəkildə belə cavab vermişdi: mən rus deyiləm, çünki mənim atam gürcü, anam isə yarı qaraçı, yarı almandı!

Digər bir maraqlı məqam isə odur ki, Stalinin ikinci həyat yoldaşı Nadejda Alliluyeva Bakıda dünyaya gəlib, 1903-cü ilə qədər paytaxtımızda yaşayıb. Onun atası Sergey Alliluyev inqilabi fəaliyyəti ilə əlaqədar, Bakıda və bütün Qafqazda yaşamağı qadağan edirlər nəticədə o, əvvəlcə Rostova, sonra isə Petroqrada (Sankt-Peterburqa) köçür.

Bununla onu demək istəyirəm ki, əgər bizlər iftixar hissi ilə Rixard Zorgeni (metis: anası rus, atası alman), Anatoli Banişevskini (rus), Lev Landaunu (yəhudi), Mstislav Rastopoviç (metis: anası rus, atası polşalı), Teymur Rəcəbovu (yəhudi) və digərlərini azərbaycanlı adlandırırıqsa, o zaman heçnədən çəkinmədən Nadejda Alliluyevanı da, azərbaycanlı adlandırmalıyıq. Deməli Stalini azərbaycanlılarla da, qohum hesab etməyimiz üçün heç bir maneə qalmır.

P.S azərbaycanlı milliyət və ya etnik mənşə deyil, Azərbaycan Respublikasında yaşayan bütün xalqların ümumi dildə ifadəsi və vətəndaşlığı deməkdir. Respublika ərazisində yaşayaraq, qanunla müəyyən edilmiş qaydada, istənilən əcnəbi ölkəmizin vətəndaşı – azərbaycanlı ola bilər.

Abdulla İsmayıloğlu

Scroll Up