Loading

wait a moment

3,6 milyardlıq yeni layihə – Azərbaycanlı milyarder Putinlə görüşdü

print
Lukoil Rusiyanın Budennovsk əyalətində yeni qaz emalı şirkəti quracaq.
 
Kommersant-a istinadən xəbər verilir ki, şirkət qaz emalı zavodunun tikintisi üçün qərarın qəbul olunduğunu rəsmən açıqlayıb. “Lukoil”in rəhbəri Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşdə layihənin investisiya dəyərinin 120 milyard rubl (təxminən 3,6 milyard manat) olacağını bildirib.
Yeni şirkətin tikintisində 3 mindən çox işçi çalışacaq. Şirkətin tam istifadəyə verilməsindən sonra orada 600 yeni iş yerinin olacağı da hesabatda öz əksini tapıb. Şirkət ilkin mərhələdə Xəzərdən nəql olunan xam məhsulla karbamid, ikinci mərhələdə isə polietilen və polipropilen istehsal edəcək. (Qaynarinfo)
Scroll Up