Yüklənir

Gözləyin

Bu ölkədə 4400 illik məzar tapıldı

print
Misirin paytaxtı Qahirədə piramidaların yerləşdiyi bölgənin yaxınlığında fironlar dövrünə aid 4400 illik məzar tapılıb.
Xarici mətbuata istinadən xəbər verilir ki, Misirin tarixi əsərlər naziri Xalid əl-Anani məzarın tapıldığı bölgədə xarici ölgələrin səfirlərinin iştirakı ilə təşkil olunan mətbuat konfransında yeni tapılan məzarın 5-ci xanədanlıq dövrünə (e.ə. 2494-2345) aid olduğunu bildirib.
Məzarın dövrün tanınmış qadın kahinlərindən birinə aid olduğunu deyən Anani bunun 2018-ci ilin son deyil, ilk kəşfi olduğunu diqqətə çatdırıb.
O, həmçinin əlavə edib ki, məzarın üstündə nadir rast gəlinən oymalar da var. (Qaynarinfo)
Scroll Up