Loading

wait a moment

Sevil və Sevinc bacıları “Xəzər” TV-dən getdi

print
Müğənni Sevil və Sevinc Səfərova bacıları “Xəzər” TV ilə yollarını ayırıblar.

Bu barədə onlar özləri məlumat veriblər.

Bacılar bildiriblər ki, sabah “Hər şey daxil” verilişində sonuncu dəfə efirə çıxacaqlar:

“4 il sonra, yəni sabah saat 10:00-da canlı efirdə vidalaşırıq”.

Xəbəri əkizlərlə birgə verilişi aparan prodüser Tolik də təsdiqləyib. O, əməkdaşımızla söhbətində bildirib ki, bu, bacıların öz qərarıdır:

“Mən də proqramı tək aparmayacam. Amma kiminlə aparacağım hələ ki, bəlli deyil. Sevil və Sevinc isə müğənnilikdən daha çox aparıcı kimi məşhurlaşdıqları üçün rəhbərliklə danışıblar və bundan sonra sənətləri ilə məşğul olmaq qərarı veriblər”.

Qeyd edək ki, bir müddət əvvəl əkizlər “5/5” verilişində bildiriblər ki, şou-biznesdə uzun müddət qalmayacaqlar:

“Biz uzaqlaşıb ailə həyatı quracağıq. Uzağı bundan sonra bir il bu şou-biznesdə qalacağıq”. (Axsam.az)

Scroll Up