Yanvar, 2018

now browsing by month

 

Brilliant Dadaşova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə mahnı bəstələnib. “Ey sirdaşım” adlanan mahnını xalq artisti Brilliant Dadaşova oxuyub. Mahnının musiqisini Aysel Kərim bəstələyib. “Ey sirdaşım” “Youtube”da yerləşdirilib. (axşam.az)


Müğənni Damla biznesmenə ərə gedir

Müğənni Damla subay oğlanla ailə qurmağa hazırlaşır. Sənətçi xeyli müddətdir sözügedən şəxslə görüşür. İddiaya görə, cütlük yaxın zamanlarda rəsmi nikaha daxil olmağı planlaşdırır. Qeyd edək ki, Damla bir müddət öncə “heç kimin ailəsini dağıtmıram” deməklə, evli insanla sevgi münasibətləri yaşamağın əleyhinə olduğunu bildirmişdi. (ölkə.az)


Neymar bu tarixdə “Real”a transfer olunacaq – İDDİA

“Real”a keçəcəyi deyilən Neymarla bağlı daha bir iddia səslənib. Braziliyalı futbolçuya yaxınlığı ilə tanınan və onun PSJ-yə transfer olunacağı ilə bağlı ilk xəbəri yazan jurnalist Ulisses Kosta maraqlı açıqlama verib. Braziliyalı jurnalist bildirib ki, Neymar “Real”ın formasını geyinəcək: “PSJ-nin Çempionlar Liqasında çıxışını dayandırdığı an Neymar “Real”a transfer olunacaq və yenidən İspaniyada oynayacaq”. (Qaynarinfo)


Moskvada azərbaycanlını güllələdilər

Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib. Hadisə yanvarın 28-də gecə paytaxtın “Slavyanskiy bulvar” metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digərRead the Rest…


Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara çatıb – İlham Əliyev

“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb”. Bunu dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İlhamRead the Rest…


Afrində qadın terrorçu özünü partlatdı

Suriyanın Afrin şəhərində PKK terror təşkilatının Suriya qolu olan YPG/PYD-yə qarşı “Zeytun budağı” əməliyyatını həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə qarşı canlı bomba ilə edilən hücumun qarşısı alınıb. Xarici mediaya istinadən xəbər verilir ki, Cindərəs yaşayış məntəqəsindəki Əl Həmmam kəndində 20 yaşlı PKK üzvü olan suriyalı qadın Türkiyə ordusuna aid tanklara yaxınlaşaraq özünüRead the Rest…


Ukraynalı yazıçı Puşkini plagiatda ittiham etdi

Ukrayna yazıçısı Yuriy Vinniçuk rus ədəbiyyatının klassikləri Mixail Bulqakov və Aleksandr Puşkini plagiatda ittiham edib.   Rs mətbuatına istinadən verilən xəbərə görə, Vinniçuk bu barədə bloqunda yazıb.   Onun fikrincə, dünya ədəbiyyatından az-çox başı çıxan adam “Master və Marqarita”nın ikinci əl roman olduğunu başa düşər:   “Bir fransız Bulqakova niyəRead the Rest…


Azərbaycanlı rejissorun filmi beynəlxalq festivala gedir

Azərbyaycanlı əsilli İran rejissoru Mehdi Heydərinin “Şokolad” filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq.   “Şokolad” filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.   İranın Qərbi Azərbaycan vilayətində çəkilən film Azərbaycan dilində nümayiş olunacaq. Kadrın altında isə subtitrlə italyan dilində tərcüməsi yazılacaq.  Read the Rest…


“Süni maneələr yaradılır” – İcra başçısı prezidentə şikayət etdi

“Daşkəsən Filiz Saflaşdırma” ASC-nin özəlləşdirlməsinə süni maneələr yaradılır. Bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. Onun fikrincə, həmin müəssisəinin özəlləşdirilməsi ilə bağlı ölkə prezidentinin tapşırığı yerinə yetirilmir: “Cənab prezidentin göstərişinə baxmayaraq buRead the Rest…


Terrorçular sərhəd polisini atəşə tutdu – Türkiyədə

Türkiyənin Mardin şəhərində sərhəd polis bölməsinə PKK-YPG terrorçuları tərəfindən silahlı hücum olub. Türkiyə KİV-nə istinadən xəbər verilir ki, insident dünən gecə saatlarında baş verib. Cavab atəşi nəticəsində iki terrorçu öldürülüb. (Qafqazinfo)


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up