AZAL-dan yeni qayda: qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

print
Yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

AZAL sərnişinlərdən hava limanında qeydiyyat üçün öncədən gəlmələrini xahiş edir. Həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə biləcəklərini, baqajı olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil vermək imkanları olduğunu diqqətə çatdırır.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up