ABŞ-da qar fırtınası: 14 nəfər öldü

print
ABŞ-ın şərq sahillərində güclü külək və şaxta ilə müşayiət olunan qar fırtınası nəticəsində azı 14 nəfər həlak olub. Onlardan yeddisi pis hava şəraitinin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirib. Sinoptiklər siklonu “meteoroloji bomba” adlandırırlar.

ABC telekanalına istinadla xəbər verilir ki, bəzi rayonlarda qarın qalınlığı 46 santimetrə çatıb. Təbii fəlakətin davam etdiyi bir çox şəhərdə məktəblər və dövlət müəssisələri bağlanıb.

İxtisaslaşmış “FlightAware” saytının məlumatına əsasən, ABŞ aviakompaniyaları son iki gündə 5 min reysi təxirə salıb.

Bir qədər əvvəl Nyu-Yorkun qubernatoru Endryu Kuomo əlverişsiz hava şəraiti ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. Con Kennedi adına beynəlxalq aeroport yanvarın 4-də fəaliyyətini dayandırıb. Nyu-Yorkun La Guardia hava limanı isə müvəqqəti olaraq bağlansa da, sonradan işini bərpa edib.

Scroll Up