Fazil Mustafa: İrandakı xaos bizə lazımdırmı?

print
Deputat Fazil Mustafa İranda baş verən mitinqlərdən yazıb.

O, ABŞ-ın İran xalqına sevgisini, istəyini anlamadığını bildirib:

“İranda azacıq qımıldanma görən kimi, dərhal rəsmi açıqlama verdilər ki, bəs “ABŞ İran xalqının yanındadır”. Yaxın keçmişimizdə Misir, Liviya, Suriya, Ukrayna ilə bağlı açıqlamalarda da təqribən bu ifadələr yer alırdı. Bunun şifrəsini başqa bir yerdə izahlı lüğətlərdə axtarmayın, bütün məsuliyyətimlə deyirəm, siz də qeyd edin: ABŞ İranda xaosun yanındadır. Milliyyətçi, bütövçü, dinçi duyğularınızı bir kənara qoyun və bir suala cavab verin: dünyanın bu vaxtında İrandakı xaos bizə lazımdırmı?”.

Deputat qeyd edib ki, Türkiyə Suriyadan gələn 3 milyonluq bir qaçqın köçünün altında əzilmiş durumdadır və İranda xaos olarsa güneydən bizim soydaşlarımızın üz tutacaqları yer Azərbaycanımız olacaq:

“Bu, ən azı on milyonluq qaçqın köçü deməkdir. Özümüzün ağır sosial şərtlərində bu yükü qaldırmaq iqtidarındayıqmı? Xeyli milli təəssübkeşlikdən uzaq Azərbaycan türkü İran rejimi üçün ölümünə mübarizə aparacaq.

ABŞ-ın İran xalqının yanında, böyründə, başında, ayağında olmasının bizim üçün, oradakı həmvətənlərimiz üçün heç bir faydasını görmürəm. Hə, açıqlama gəlsəydi ki, ABŞ orada milli çoxluq olan azərbaycanlıların dövlət yaratmaq haqqını tanıyır, bu zaman nələrsə düşünmək olardı. Çünki, İran xalqının yanında olan ABŞ illərdir dəyişməz bir siyasətlə erməni xalqının da yanındadır. Yəni Azərbaycan Respublikası xalqının qarşısındadır”. (Qafqazinfo)

Scroll Up