Azərbaycanla saziş imzalamağa yaxın idik – Edvard Nalbəndyan

print
“Ermənistanla Azərbaycan arasında danışıqlar çox ciddi keçib. Bu danışıqların gedişində tərəflər dəfələrlə ikitərəfli sazişin bağlanmasına yaxın olublar”.
Bunu Ermənistanın İctimai Televiziyasının “Gündəmdən xaric” proqramının efirində ölkənin xarici işlər naziri Edvard Nalbəndyan deyib.
Nalbəndyanın sözlərinə görə, onun Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşü yanvarın ikinci yarısında keçirilməlidir və bu görüşün dəqiq vaxtı və yeri daha sonra razılaşdırılacaq. (virtualaz.org)

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up