Fotoşəkil 1982-ci il iyul ayının 29-da Şuşada çəkilib.
Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib.
Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb. Həmin tarixi anlarda hazırkı dövlət başçımız İlham Əliyev Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub.
Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi. (bax.tv)