Loading

wait a moment

Bakıya 18 metrlik avtobuslar gətiriləcək – rəsmi açıqlama

print
“Kart sisteminə keçidlə bağlı işlər fasilə verilmədən aparılır. Biz planlaşdırırıq ki, yeni ildə daha 700 nəqliyyat vasitəsi nağdsız ödəniş sisteminə qoşulsun”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O, 2018-ci ildə nəqliyyat sistemində nəzərdə tutulan yeniliklərdən də söz açıb. Qurum rəsmisi qələn il paytaxta yeni avtobusların gətiriləcəyini bildirib:
“Bununla yanaşı, 2018-ci ildə marşrut şəbəkəsində avtobus bazasının yenilənməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təxminən 350 yeni avtobusun gətirilməsi planlaşdırılır ki, bunlardan da 20 ədədi 18 metrlik avtobuslar olacaq. Yollarda hərəkətin təşkili istiqamətində də bir sıra layihələrimiz var. Hansı ki, onların əksəriyyəti Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasına təqdim edilib. Onların həyata keçirilməsini də planlaşdırırıq”.
Mayis Ağayev qeyd edib ki, paytaxtda yol hərəkətinin təşkili inkişaf etmiş şəhərlərin təcrübələri əsasında həyata keçirilir:
Ümumiyyətlə həm avtobus, həm taksi minik avtomobili ilə sərnişindaşımada eyni zamanda yol hərəkətinin təşkili sahəsində inkişaf etmiş şəhərlərin, meqapolislərin təcrübələri öyrənilir. Paytaxtımıza uyğun olan bütün yeniliklər mümkün olduqca tətbiq edilir. Yeniliklərdən danışarkən qeyd edə bilərik ki, gələn il biz şəhər yollarında fiziki imkanları məhdud və ya uşaq arabası ilə olan vətəndaşlarımızın hərəkətinin əlverişli olması məqsədi ilə pandusların quraşdırılmasının birinci mərhələsini də yekunlaşdıracağıq. Təxminən 421 pandus quraşdırılacaq. Artıq onların tikintisinə başlanılıb”.
Scroll Up