Türk yazardan Adriana haqda açıqlama: Deyilənlər yalandır

print
Türkiyəli yazar Metin Hara “Viktoriya Sekret”in məşhur ulduzu Adriana Limadan ayrılmağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Mətbuatda dərc edilən məlumatları təkzib edən yazıçı, hələ də, Adriana ilə eşq yaşadığını bildirib:

“Biz ayrılmamışıq. 4 gündən sonra Amerikaya gedəcəm, onun yanında olacam. Adriana məni instagramda “follow”dan çıxartmayıb.  Bu sosial şəbəkə idarəçilərinin problemidir, məsələ ilə maraqlanacağıq”.

Qeyd edək ki, Türkiyə KİV-ləri qeyd edir ki, Adriananın Metini instagramdan təqibdən çıxarması yayılan ayrılıq şayiələrini daha da alovlandırıb. Onları bir müddət əvvəl münasibətlərinə nöqtə qoyduğu deyilir. (Qafqazinfo)

Scroll Up