Putin Trampa təşəkkür etdi – telefon zəngi

print
ABŞ prezidenti Donald Trampla telefon söhbətində Rusiya lideri Vladimir Putin Sankt-Peterburqun Kazan kilsəsində və başqa ictimai yerlərdə partlayışların qarşısının alınmasında kömək üçün ona təşəkkür edib.

Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, V. Putin Rusiya tərəfinin hazırlanan hücumlar haqda informasiyanı Mərkəzi Kəşfiyyat İdarəsindən aldığını bildirib.

Xatırladaq ki, başa çatan həftə ərzində Peterburqda yeddi nəfər saxlanılıb. Onlar Kazan kilsəsində terror aktı törətmək və insanların kütləvi toplaşdıqları digər yerlərdə bombalar partlatmaq istəyirmişlər.

Onu da qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti onların İŞİD terror qruplaşması ilə əlaqəli olduqlarını bildirmişdi. (Virtualaz.org)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up