Tanınmış telejurnalist Mirşahin Ağayev yeni telekanal açır – YENİLƏNİB

print
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev yeni telekanal açır.
Yeni telekanala artıq işçı yığımına start verilib. Keçmiş ANS əməkdaşlarının bir çoxuna da işləmək təklifi göndərilib.
Yeni telekanalın bir müddət internet üzərindən fəaliyyət göstərəcyi, texniki məsələlər həll olunandan sonra isə teleyayıma başlayacağı bildirilir.
Xəbəryönümlü olması nəzərdə tutulan telekanalın Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə ilə bağlılığı olub-olmaması məsələsini dəqiqləşdirə bilmədik. Amma bir neçə gündən sonra bu mövzuya da aydınlıq gələcək. Belə ki, MTRŞ-ın ANS-in keçmiş tezliyi üçün elan etdiyi müsabiqə 16 dekabr 2017-ci il tarixdə başa çatır.
***
Xəbəri dəqiqləşdirmək üçün Mirşahin Ağayevin özü ilə əlaqə saxladıq. Telefona cavab verən ANS-in vitse-prezidenti bu barədə danışmaq istəmədiyini bildirdi. (Qaynarinfo)
Scroll Up