Facebook yeni servisi istifadəyə verdi

print
Facebook videolara səs effekti və mahnı əlavə edən “Sound Collection” adlı servisi istifadəyə verib.

Bu servis vasitəsilə istifadəçilər öz videolarına səs effektləri əlavə edə biləcəklər.

“Sound Collection” servisinin daxilində minlərlə səs effekti və müxtəlif ifaçıların mahnıları var. Burda istifadəçi istədiyi janra uyğun mahnını seçə bilər. Hip-hop, pop, jazz, country və s. Musiqilər janr, oxunma müddəti və digər parametrlər üzrə sıralanıb.

Bundan əlavə olaraq bu servisdən istifadə edərək müəllif hüquqlarının pozulması nəticəsində videonun sosial şəbəkədən silinməsindən qorxmağa ehtiyac yoxdur. Belə ki, Facebook-un bildirdiyinə görə servisdəki olan mahnıların müəllif hüquqları məhz ona aiddir. Yaxın zaman ərzində bu servis bütün istifadəçilər üçün aktiv olacaq. Həmin servisdən olan musiqilərə sahib videoları Facebook-a və ya İnstagrama yükləmək mümkün olacaq. (Qafqazinfo)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up