Yazıçı-publisist İsmayıl Vəliyev vəfat etdi

print
Yazıçı-publisist, filologiya elmləri doktoru, professor, AMEA-nın baş elmi işçisi İsmayıl Vəliyev vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat veriblər.

İsmayıl Vəliyev uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.

İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSR-nin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub.

O, 1971-ci ildən Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlıq etmiş, on ilə yaxın “Bulaq” folklor verlişinin daimi müəlliflərindən biri olub. Onun hazırladığı verlişlərin bir çoxu radionun “Qızıl fond”unda saxlanılır.

İ.Vəliyev Türkiyə, Rusiya, İngiltərə, Ukrayna, İran, İraq, Belorusya, Orta Asiya respublikaları, Tatarıstan, Başqıdıstan və b. ölkələrin ensiklopediyaçı alim və naşirləri ilə yaradıcılıq əlaqələri yaratmışdır.

O, “Türküstan” ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının iştirakı ilə hazırlanmağa başlanmış “Türk xalqlarının görkəmli adamları” ensiklopediyasının ideya müəllifi və baş redaktorudur.

İ.Vəliyev 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Xarici Ölkələr Ədəbiyyatı və Ədəbi Əlaqələr şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.

Eyni zamanda, Bakı Dövlət Universitetində Kitabxanaçılıq-İnformasiya fakültəsində Kitabşünaslıq və nəşriyyat işi kafedrasında professor vəzifəsində işləyib.

Allah rəhmət eləsin. (baku.ws)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up