Home / Kino  / Türkiyəli aktyor: Gəncədəki qohumlarım mənə zəng edirlər

Türkiyəli aktyor: Gəncədəki qohumlarım mənə zəng edirlər

Türkiyəli aktyor Tamer Karadağlı Bakıya gəlib. Aktrisa Məlahət Abbasovanın dəvəti ilə paytaxtımıza gələn aktyor bu gün media nümayəndələri ilə görüşüb: Tamer azərbaycanlı olması ilə bağlı sualları cavablandırıb: “Bakıya dünən gəldim, şəhəri gəzdim. Əslən gəncəliyəm. Oradakı qohumlarım mənə zəng

Türkiyəli aktyor Tamer Karadağlı Bakıya gəlib.

Aktrisa Məlahət Abbasovanın dəvəti ilə paytaxtımıza gələn aktyor bu gün media nümayəndələri ilə görüşüb:

Tamer azərbaycanlı olması ilə bağlı sualları cavablandırıb:

“Bakıya dünən gəldim, şəhəri gəzdim. Əslən gəncəliyəm. Oradakı qohumlarım mənə zəng edirlər, görmək istədiklərini deyirlər. Onları ziyarətə getmək istəyərəm”.

Karadağlı rol aldığı “Çocuklar duymasın” serialından danışıb:

“Dünya çox balacalaşıb. İnternet vasitəsilə çox məlumat əldə edə bilirik. Uşaqlığım Amerikada keçdi. Xalalarım orada idi, sonra Türkiyəyə qayıtdıq. Əvvəl biz xaricə zəng etmək üçün saatlarla növbə gözləyirik. Həyat indi daha rahat yaşanır hala gəlib. İnsanların istəyi varsa, dünyayı gəzə bilər.

Ona görə də “Çocuklar duymasın”da da dəyişiklik edildi. İndi əvvəlki uşaqlar serialda yoxdur. Havuçun saqqalı var, 27 yaşındadır. İndi öz ailələri, uşaqları, evləri var. Pınar Altuğla Havuç oğul-ana kimi yox, sevgili kimi görünürlər. Onların serialda yeri yoxdur. Ekran işi Zeronun qızıyla, Dominat teyzenin uşaqları üzərində davam edir”.

Tamer qızından danışıb. O bildirib ki, övladına heç bir qadağa qoymur:

“Anası ilə ayrılsaq da, ən yaxın dostumdur. Anası onu düzgün tərbiyə edir. Əslində məni serialda sərt biri kimi tanıyırlar. Amma həyatda ondan da sərtəm”.

Aktyor azərbaycanlı məşhurlardan heç kimi tanımadığını etiraf edib:

“Yaxın günlərdə Bakıya yenidən gəlməyi düşünürəm. Qızımla gəlib burada uzun müddət qalıb dincələcəm”. (Axşam.az)

Print Friendly, PDF & Email
Review overview