Home / Cəmiyyət  / Şəmkir sakini: Zəlzələnin olmasını əvvəlcədən hiss edirəm

Şəmkir sakini: Zəlzələnin olmasını əvvəlcədən hiss edirəm

Şəmkir rayonunun Çənlibel kənd sakini Elman Mustafayev Analoq.az-a müraciət edərək maraqlı açıqlamalar verib. O, zəlzələnin olmasını əvvəlcədən hiss etdiyini bildirib. Bununla bağlı onun müsahibəsini sizə təqdim edirik: -Elman bəy, özünüz haqqında qısa məlumat verməyinizi istərdik. -Mən Mustafayev Elman

Şəmkir rayonunun Çənlibel kənd sakini Elman Mustafayev Analoq.az-a müraciət edərək maraqlı açıqlamalar verib. O, zəlzələnin olmasını əvvəlcədən hiss etdiyini bildirib. Bununla bağlı onun müsahibəsini sizə təqdim edirik:

-Elman bəy, özünüz haqqında qısa məlumat verməyinizi istərdik.

-Mən Mustafayev Elman Lətif oğlu Şəmkir rayonunun Çənlibel kəndində yaşayıram. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirmişəm.İxtisasca geofizikəm.

-Hal-hazırda nə işlə məşğulsunuz?

-Yaşadığım kənddə kiçik bizneslə məşğulam. Özümə məxsus ərzaq mağazam var.

-Zəlzələ yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin titrəməsi nəticəsində baş verir. Yer qabığının və yer səthinin titrəməməsi üçün elmdə hər hansı bir çıxış yolu varmı. Yəni elm zəlzələnin qarşısını ala bilərmi?

-Baş verə biləcək zəlzələnin qarşısını almaq üçün elmdə hər hansı bir çıxış yolu yoxdur. Baş verəcək zəlzələnin qarşısını almaq üçün əvvəlcədən onun yerini dəqiq bilmək lazımdır və zəlzələ mənbəyində hansı fiziki kimyəvi proseslərin getdiyini bilmək lazımdır ki, buna əks olacaq uyğulamalar müəyyənləşdirilib tətbiq olunsun.

-Bildiyimiz kimi bu günə qədər müasir elm zəlzələnin 3 növünü aşkarlayıb. Denudasiya, vulkanik, tektonik zəlzələlər. Siz baş verəcək zəlzələnin konkret olaraq hansı dağıdıcı gücə, tipə malik olduğunu deyə bilərsinizmi ?

-Baş verə biləcək zəlzələnin hansı gücə malik olduğunu deyə bilirəm. Zəlzələnin yerini müəyyənləşdirdikdən sonra onun hansı tip zəlzələ olduğunu söyləmək olar. Belə ki, zəlzələnin mənbəyi dərinlik lay qırılmaları üzərindədisə, zəlzələ tektonik zəlzələdir. Əgər zəlzələnin mənbəyi yatmış vulkan ocağı mənbəyindədirsə, zəlzələ vulkanik zəlzələdir. Hal-hazırda yer qabığının dərin lay qırılmalarının xəritəsi işlənib hazırlanmışdır. Denudasiya barəsində məlumatım yoxdur.

-Zəlzələni insanlar ilk olaraq qulağa çatan səslər və müxtəlif cihazlarla, meyl ölçənlərlə müəyyən edə bilir. Amma çox vaxt fərqinə varmırlar. Sizə gələn səslər necə olur?

-Mən müşahidələrimlə müəyyənləşdirmişəm ki, insan qulağında eşidilən uğultulu, cingiltili səslər zəlzələ baş verməmişdən 5-7 gün əvvəl intensivləşməyə başlayır. Uzun müddət bu barədə təcrübəm olduğundan gün ərzində qulağımda eşidilən cingiltili-uğultulu səsin güclü, yaxud zəif olmasına görə və gün ərzində neçə dəfə olmasına əsasən 5-7 gün sonra baş verə biləcək zəlzələnin gücünü müəyyənləşdirirəm.

-Azərbaycanın ən həssas seysmoloji bölgəsi hara sayılır ?

-Xəzər dənizi Azərbaycanın ən həssas seysmoloji bölgədir.

-Yer kürəsində baş verən zəlzələlər səth və normal zəlzələlərdir. Özünüz də indi qeyd elədiniz ki, ən həssas seysmoloji bölgə Xəzər dənizidir. Bəs Xəzər dənizində baş verən zəlzələlər hansı dərinlikdə və neçə bal gücündə olur?

-Xəzər dənizində baş verən zəlzələlər əsasən çox dərinlikdə, 60 km dərinlik ətrafında olur. Əgər Xəzər dənizində güclü zəlzələ olarsa, hansı ki, indiyə qədər 7 bala kimi olmuşdur. Bu dənizdəki neft quyularına təsir edə bilər və bir də dəniz dibinin qabarması çökməsi nəticəsində sahillər ziyan görə bilər.

-2000-ci ildə baş verən zəlzələni necə hiss etdiniz?

-1988-ci ildən zəlzələlərin hiss olunmasının fərqinə varmışam. O vaxtdan bəri baş verən bütün güclü zəlzələlər kimi 2000-ci ildə Bakıda Xəzər dənizində baş verən zəlzələni də hiss etdim. Mən zəlzələnin gücü haqqında proqnoz verə bilirəm, ancaq yerini deyə bilmirəm. Zəlzələ mənbəyi özünəməxsus elektromaqnit dalğası mənbəyi olduğu üçün naviqasiya qurğuları vasitəsi ilə zəlzələ mənbəyinin yerini müəyyənləşdirmək olar.

-Zəlzələnin olmasını necə proqnozlaşdırırsınız ?

-Yer kürəsinin harasında olursa-olsun güclü zəlzələ baş verməmişdən 5-7 gün əvvəl qulağımda eşidilən uğultulu-cingiltili səslərin gücü və gün ərzində təkrarlanması artır. Bu halı müşahidə edərək 5-7 gün öncədən baş verə biləcək zəlzələ və gücü barəsində proqnoz verə bilirəm, ancaq yeri haqqında heç nə proqnozlaşdıra bilmirəm. Zəlzələ mənbəyinin yerinin də naviqasiya qurğuları ilə müəyyənləşdirməyin mümkün olduğunu bildirirəm.

Print Friendly, PDF & Email
Review overview