Home / Media  / Məşhur sənətçilər öz varislərini elan edəcək – Yeni layihə

Məşhur sənətçilər öz varislərini elan edəcək – Yeni layihə

Keçmiş " İdeal" qrupunun rəhbəri Səbinə Rəcəbli,  bir çox konsertlərin peşəkar  təşkilatçısı  Namiq Zülfüqarov və "Qismət" qrupunun solisti Vüqar Bəxtiyarın birgə işlədikləri  yeni layihə  DTV tamaşaçıların ixtiyarına verilib. Bu haqda məlumatı portalımıza jurnalist Cəmilə Vasifqızı bildirib. Onun

Keçmiş ” İdeal” qrupunun rəhbəri Səbinə Rəcəbli,  bir çox konsertlərin peşəkar  təşkilatçısı  Namiq Zülfüqarov və “Qismət” qrupunun solisti Vüqar Bəxtiyarın birgə işlədikləri  yeni layihə  DTV tamaşaçıların ixtiyarına verilib.
Bu haqda məlumatı portalımıza jurnalist Cəmilə Vasifqızı bildirib.
Onun sözlərinə görə, 03.11. 2017 – ci il tarixində bu üçlüyün bir yerdə yaratdığı   “Varis” adlı layihənin  adı çəkilən  kanalda  ilk efir buraxılışı yayımlanıb.
Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın oyunu qeyri-adi aparmaqları bu layihəyə yeni bir özəllik verib.
Verilişin ilk buraxılışı çoxsaylı tamaşaçı sevgisi qazanıb. Növbəti efir vaxtını səbrsizliklə gözləyənlərin sayı isə durmadan artır.
Qeyd edək ki, “Varis” layihəsinin süjet xətti çox incəliklə hazırlanıb. Belə ki, hər bir sənətkar öz peşəsini gələcəkdə hansı varisə etibar edə biləcəksə, efirə çıxaraq onu təqdim edir.
SMS şəklində keçən yarışmada siz bütün məşhurları və onların varis bildiyi şəxsləri izləyə biləcəksiniz.
Tacir Şahmaroğlu oğlu Şahmalı Taciroğlu ilə, Təranə Qumral, Musa Musayev varisi Anar Qasımbəyli ilə, Marat Darvazlı varisi Nüşabə Musayeva ilə, Təhmuraz Şirinov varisi Elbrus Abbasov ilə, Namiq Məna varisi Məna Əliyev ilə, Elza Seyidcahan varisi  Vüqar Kamiloğlu ilə, Eldar Ələkbərov varisi Elşad Əziz ilə, Ruhəngiz Allahverdiyeva varisi  Mətanət Məsmə ilə, Habil Zeynalov varisi Tural Zeynalov ilə, Nurlan Əzizbəyli varisi Ləman Şıxəliyeva ilə, İlqar Sail varisi Elnur Quliyev ilə, Teymur Mustafayev varisi  İlahə  Aslanova ilə efirdə görsənəcək.
Xatırladaq ki, “Varis” layihəsinin növbəti buraxılışı noyabrın 10-da baş tutacaq.
Bu dəfə Tacir Şahmaroğlu varisi – oğlu Şahmalı Taciroğlu rəqibi –  Təhmuraz Şirinov və onun varisi Elbrus Abbasov ilə qarşı-qarşıya gələcək.
Verilişin aparıcıları Səbinə Rəcəbli, Vüqar Bəxtiyar, redaktoru Ramil Abdullayev, prodüsseri isə Əli Əliyevdir.
Görəsən, bu qarşıdurmada  kim daha çox səs toplayacaq. Kimə varis adı veriləcək?
Qaçırmayın, saat 22.00-da DTV-nin ekranı qarşısında əyləşin.
Print Friendly, PDF & Email
POST TAGS:
Review overview