Home / İdman  / İlham Əliyev çempionlarla görüşdü – FOTO

İlham Əliyev çempionlarla görüşdü – FOTO

Prezident İlham Əliyev şahmatçılarla görüş keçirib. Görüşdə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti iştirak edib. *** Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa çempionatının qalibi olması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı yığma komandaya mükafat ayırıb. "Azərbaycanın kişi şahmatçılardan

Prezident İlham Əliyev şahmatçılarla görüş keçirib.

Görüşdə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti iştirak edib.

***

Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa çempionatının qalibi olması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı yığma komandaya mükafat ayırıb.
“Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır. Komandamızın üçqat Avropa çempionu olmasını və Azərbaycan şahmatının inkişafındakı xidmətlərini nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın” deyə sərəncamda bildirilir.
Print Friendly, PDF & Email
Review overview