Azərbaycan neftinin qiyməti 66 dolları ötdü

print
Azərbaycan neftinin qiyməti 4 faizdən çox bahalaşıb.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti 2,58 dollar bahalaşaraq 66,20 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 57,33 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar azalaraq 64,24 dollar təşkil edib.

Scroll Up