Terrorçu-kamikadze özünü partladıb, 2 yaralı var – Rusiyada

print
Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.
Hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib.
İnsident nəticəsində iki Yol-Patrul Xidmətinin əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Məlumata əsasən, hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. (metbuat.az)

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up