Home / Maraqlı  / Türkiyə prezidenti Bakıdan çəkic apardı

Türkiyə prezidenti Bakıdan çəkic apardı

Tarixi İpək Yolunu yenidən reallaşdıracaq Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılış mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə birlikdə relslərə mismar vurduğu çəkici xatirə olaraq Türkiyəyə aparıb. Xarici mediaya istinadən xəbər verilir ki, açılış

Tarixi İpək Yolunu yenidən reallaşdıracaq Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılış mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə birlikdə relslərə mismar vurduğu çəkici xatirə olaraq Türkiyəyə aparıb.
Xarici mediaya istinadən xəbər verilir ki, açılış mərasimində istifadə edilən qayçı və qırmızı lenti xatirə kimi götürən Ərdoğan istifadə etdiyi çəkici də ölkəsinə aparıb. Çəkici hara qoyacaqlarını bilməyən digər prezidentilərin çəkiclərini də türkiyəli rəsmilər götürüb.
Bakının Ələt limanında həyata keçirilən mərasimdə Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov cə Gürcüstanın prezidenti Georgi Kvirikaşvili də qatılmışdı. (Qaynarinfo)
Print Friendly, PDF & Email
Review overview