Home / Hadisə  / PKK 8 azərbaycanlı sərhədçini şəhid etdi

PKK 8 azərbaycanlı sərhədçini şəhid etdi

İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə sərhədinə yaxın Çaldıran məntəqəsində yaraqlı kürd qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 8 İran sərhədçisi öldürülüb. Bu barədə Qərbi Azərbaycan əyaləti valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Radfər jurnalistlərə

İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə sərhədinə yaxın Çaldıran məntəqəsində yaraqlı kürd qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 8 İran sərhədçisi öldürülüb.
Bu barədə Qərbi Azərbaycan əyaləti valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Radfər jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, hadisə noyabrın 3-ü axşam saatlarında Türkiyə sərhədinə yaxın Çaldıran şəhərinin Babanur məntəqəsində baş verib: “Kürd terrorçuları ilə baş verən qarşıdurmada 8 sərhədçimiz şəhid edilib. Şəhid olanlardan 5-i zabit, 3-ü isə əsgərdir. Qarşıdurmada həmçinin terrorçular çoxlu sayda itki verdikdən sonra hadisə yerindən qaçıblar. Onların tutulması üçün başlanmış təqib və axtarış əməliyyatı davam edir”.
Əlirza Radfər, yaraqlıların hansı kürd qrupuna bağlı olduğunu mediaya açıqlamasa da, sərhədçilərlə atışmanın PKK terror təşkilatının İran qanadı sayılan PJAK və ya digər müxalif kürd qruplaşmaları arasında baş verdiyi təxmin edilir.
Terrorçuların şəhid etdiyi sərhədçilər
Həmid Hacızadə (polis)
Məhbub Nuri (polis)
Mehdi Hüseynzadə (polis)
Gulabi (əsgər)
Kəltə (əsgər)
Qurbani (əsgər)
Qadiri (əsgər)
Hüseynzadə (əsgər)
Qeyd edək ki, şəhid olanlar azərbaycanlılardır. (Qaynarinfo)
Print Friendly, PDF & Email
Review overview