Neft imperiyasının varisinin gəlini: İstənilən vəziyyətdən çıxa bilərəm

print
“Lukoyl” şirkətinin vitse-prezidenti, “Spartak” futbol klubunun sahibi, milyarder Leonid Fedunun oğlu Antonun xanımı Alina Uspenskaya Londonda “ArtSocial Foundation” adlı xeyriyyəçilik fondunu yaradıb.

Rusiya KİV-nə istinadən verilən məlumata görə, 29 yaşlı qadın fond vasitəsilə suriyalı qaçqınlara yardım göstərir.

“Mənim həyatda devizim var. İstənilən vəziyyətdən çıxa bilərəm. Axı Çerepovets şəhərində böyümüşəm… Bilirəm ki, əgər pul yoxdursa, bu, son demək deyil”, – neft imperiyasının varisinin gəlini deyir. (Qafqazinfo)


Scroll Up