Home / İqtisadiyyat  / Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar Mersin şəhərinə çatdı

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar Mersin şəhərinə çatdı

Qazaxıstandan yola çıxan qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb. Anadolu agentliyinə istinadla xəbər verilir ki, 30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton

Qazaxıstandan yola çıxan qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb.

Anadolu agentliyinə istinadla xəbər verilir ki, 30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton buğda daşınıb.

Qatarı qarşılayan Türkiyənin dövlət dəmir yolu şirkətinin (TCDD) baş direktoru Veysi Kurt deyib ki, Bakı-Tbilisi-Qars regionumuz üçün çox əhəmiyyətli nəqliyyat dəhlizidir. Bu, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu magistralıdır.

“Qazaxıstandan Türkiyəyədək 4200 kilometr məsafə qət edən qatar Mersin şəhərinə təhlükəsiz və maneəsiz çatdı. Bu dəmir yolu xətti Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcək”, – deyə V.Kurt vurğulayıb.

Xatırladaq ki, uzunluğu 846 kilometr olan, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət və hökumət başçılarının iştirakı ilə oktyabrın 30-da istifadəyə verilib.

Print Friendly, PDF & Email
Review overview