Home / İdman  / Tarixi nəticə: “Qarabağ” Madriddə 1 xal qazandı – YENİLƏNİB

Tarixi nəticə: “Qarabağ” Madriddə 1 xal qazandı – YENİLƏNİB

Bu gün Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ” növbəti oyununa çıxacaq. Təmsilçimiz Madriddə "Atletiko"nun qonağı olacaq. 23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) Baş hakim: Dəniz Aytəkin Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand Dördüncü hakim:

Bu gün Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ” növbəti oyununa çıxacaq.

Təmsilçimiz Madriddə “Atletiko”nun qonağı olacaq.

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Dəniz Aytəkin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. “Metropolitano” stadionu

***

Matçın start heyətləri açıqlanıb:

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan

Baş məşqçi: Dieqo Simeone

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

***

Baş hakim Dəniz Aytəkinin start fiti ilə matç başladı

***

9-cu dəqiqədə rəqibə qarşı sərt oynayan Rəşad Sadıqov sarı kartla cəzalandırılıb.

***

Görüşdə ilk 30 dəqiqə geridə qaldı. Hələlik qapılar qarşısında 100 faizlik qol şansı yaranmayıb. “Qarabağ” güclü rəqibi qarşısında topu ayaqda saxlayaraq boşluqlar axtarmağa çalışır.

***

40-cı dəqiqədə künc zərbəsindən ötürməni Miçel başla qapıdan keçirir. “Qarabağ” hesabda öndədir.

***

İlk hissədə başqa qol vurulmayıb və “Qarabağ” fasiləyə 0:1 hesabı ilə öndə gedib.

***

56-cı dəqiqədə hesab bərabərləşir. Tomas Partenin uzaqdan güclü zərbə ilə topu “Qarabağ”ın qapısından keçirir.

***

“Qarabağ” qapısında qol gördükdən 3 dəqiqə sonra meydanda azlıqda qalır. Pedro Enrike rəqibə qarşı kobud oynadığı üçün meydandan qovulur.

***

88-ci dəqiqədə qırmızı vərəqələrdə də hesab bərabərləşir. Belə ki, “Atletiko”nun futbolçusu Saviç komandasını azlıqda qoyur.

***

Matçın son fiti çalınır. Görüş 1:1 başa çatır. “Qarabağ” yenə “Atletiko”ya məğlub olmur və Madriddən 1 xalla qayıdır. (Qafqazinfo)






Print Friendly, PDF & Email
POST TAGS:
Review overview