Home / Elm və texnologiya  / Məktəb direktorunun etirafı: “YAP-çıyam, amma siyasətdən başım çıxmır”

Məktəb direktorunun etirafı: “YAP-çıyam, amma siyasətdən başım çıxmır”

Müsibət oluruq biz, Səhv düşəndə yerimiz.   Bu il sentyabr ayının ikinci yarısında  Sumqayıtda yerləşən 34 nömrəli məktəbin yeni təyin olunmuş direktoru Nizami müəllimlə görüşmək üçün həmin təhsil ocağına getdik. Məqsədimiz Nizami müəllimin yarıtmaz fəaliyyəti ilə bağlı öyrəndiyimiz  faktları

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Bu il sentyabr ayının ikinci yarısında  Sumqayıtda yerləşən 34 nömrəli məktəbin yeni təyin olunmuş direktoru Nizami müəllimlə görüşmək üçün həmin təhsil ocağına getdik. Məqsədimiz Nizami müəllimin yarıtmaz fəaliyyəti ilə bağlı öyrəndiyimiz  faktları araşdırmaq  idi.  Məktəbin həyətindəki  “CİP”-in ətrafında bir nəfər var-gəl edirdi. Gah maşının içinə boylanır, gah da arxasına, gah qarşısına keçirdi.

Həmin şəxsə yaxınlaşıb özümü təqdim etdim. Sən demə, bu, elə direktorun özü imiş. Bizim kim olduğumuzu bildikdən sonra müəllimin dərdi açıldı:

-Qardaş, əvvəllər texniki yaradıcılıq birliyində işləmişəm. Qazancım 5 il əvvəl 7 minə aldığım bu maşındır. 3 aydır ki, məktəb direktoru  işləyirəm, hələ də bu maşını dəyişə bilmirəm. Camaat isə “Prado”da gəzir.

-Bəs həyətdə niyə gəzişirsiz, axı dərs vaxtıdır? – deyə soruşdum.

-Bilirsən, qardaş. – deyə Nizami nakolkalı əl-qolunu havada yelləyərək sözünə davam etdi:

-Dərs başlanan gündən dəhlizlərə, sinif otaqlarına boya vururuq. İndiki boyaların tərkibinə o qədər zəhər vururlar ki, ona görə məktəbin içərisində çox qala bilmirəm. Kabinetdə də otura bilmirəm, məcbur olub çöldə oturmuşam, ölməli deyiləm ki.

-Bəs, uşaqlar necə dərs keçir, Nizami müəllim, onlara yazığınız gəlmir? – Təəccüblə sual verdim. – Sizcə belə vəziyyətdə onlar keçirilən dərsləri qavraya bilərlərmi?  Bu bir yana, heç onların sağlamlığını düşünürsünüzmü?!

-Müvəqqəti çətinlikdi, narahat olmayın, uşaqların canı bərk olur!

Nizami ilə söhbət zamanı öyrəndik ki, o, YAP-ın üzvüdür.

Bir məsələ bizim üçün qaranlıq qaldı. Nizami may ayında direktor təyin edilib və məktəbin təmirinə başlayıb. 3 ay yay tətil mövsümü işi dayandırıb, sentyabrın 15-də yenidən davam etdirib. Bir  sözlə, uşaqlar tətildən qayıdan kimi. Maraqlıdır, nəyə görə?!…

Bax bu barədə növbəti sayımızda ətraflı bəhs edəcəyik.

Nizami qağa onu da bildirdi ki, məktəbi bütünlüklə özümün və dostlarımın hesabına təmir edirəm (nə vaxtdan dövlətin idarəsi direktor və onun dostlarının ümüdünə qalıb. Halbuku əhali bir otaqlı mənzili çətinliklə təmir edir. Bərəkallah sənə, Nizami! Sən lap missenatsan ki!)

“Nə Təhsil Nazirliyi, nə də İcra hakimiyyəti tərəfindən heç bir kömək, maliyyə yardımı göstərilməyib”.

Bunu Nizami qağa xüsusi vurğuladı. Loru dildə desək, əlaqədar təşkilatların hamısını qoydu ”baqaj”a və əlavə etdi ki, İcra hakimiyyəti, Təhsil şöbəsi dəstək versə də, verməsə də özləri bilərlər: “Allah cibimə bərəkət versin, özüm təmir edəcəyəm. Hələ üstəlik fəhlə paltarı geyinib ustalara da kömək edirəm”.

Görəsən cəmi 3 ay məktəb direktoru işləyən Nizami qağa tədrisdə daha çox uğur qazanıb, yoxsa, rəngsazlıqda. Məncə heç birində. Tədrisi buraxıb başlı-başına, fəhlə paltarını da geyinib şagird və müəllim kollektivi qarşısında təlxəklik edir.

Nizami qağa ilə ayrılarkən ona bir daha sual verdim:

-Müəllim, sizinlə söhbət zamanı belə qənaətə gəldim ki, siyasi savadınız yoxdur.

Yenə də özünə məxsus tərzdə bildirdi: “Mənim siyasətlə-zadla işim yoxdur, heç başım da çıxmır”.

Hə, belə-belə işlər. Deməyə söz çoxdur…

Amma qəribəsi budur ki, Nizami qağamızın başı siyasətdən, rəngsazlıqdan, pedaqoqikadan çıxmırsa, görəsən nədən çıxır?! (Xaber.org)

Ardı var…

Məktəb direktorunun etirafı: “YAP-çıyam, amma siyasətdən başım çıxmır”

Print Friendly, PDF & Email
Review overview