Home / Kriminal  / “Lotu Quli” azadlığa çıxdı – YENİLƏNİB

“Lotu Quli” azadlığa çıxdı – YENİLƏNİB

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.  Bu barədə N.Səlifova yaxın olan mənbə xəbər verib. Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) azadlığa buraxılıb. 

Bu barədə N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

***

“Qafqazinfo” əlavə edir ki, “Lotu Quli” postsovet məkanında son illərin iki ən nüfuzlu avtoritetindən biri sayılır. Rövşən Lənkəranskinin müəmmalı qətlindən sonra isə o, konkret lider hesab olunmağa başlayıb. Lənkəranski qətlə yetirilən zaman burada onun izi axtarılsa da, açıqlamasında  Rövşənin ölüm xəbərinə çox pis olduğunu bildirmişdi.

Dünən həbsdən qaçan, o qədər də məşhur olmayan 2 avtoritetin – Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun da “Quli”nin klanına daxil olduğu bildirilir. Onların ardından kriminal aləmin liderinin azadlığa buraxılması xəbərinin yayılması bir təsadüfdürmü? Dünənki qaçışla bugünkü azadlığın hər hansı bağlılığı varmı? Yəqin, bu məsələyə ciddi aydnlıq gətiriləcək. Çünki Azərbaycanda həbsxanada bu şəkildə qaçış son 20 ildə baş verməyib. Nəzərə alsaq ki, qaçanlar hələ də saxlanılmayıb. Belə ehtimallar var ki, Rövşən Lənkəranskidən sonra nəzarətsiz qalan böyük Rusiyanın kriminal mühiti məhz “Lotu Quli”nin əli ilə tənzimlənəcək. Yəqin ki, yaxın zamanlarda Nadir Səlifov qonşu ölkədə iş başına keçəcək.

***

Haqqin.az-ın yaydığı məlumata görə, kriminal avtoritet hazırda Gürcüstandadır. (Musavat.com)

 


***

Penitensiar Xidmətdən “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı ilə bağlı xəbərlərə münasibət bildirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumatın yalnız ailə üzvlərinə və yaxınlarına verilə biləcəyini bildirib.

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”, – deyə M. Sadıqov söyləyib.

Xatırladaq ki, “Lotu Quli” 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalı idi. (Modern.az)

Review overview