Home / Siyasət  / İspaniya Kataloniyanın muxtar statusunu müvəqqəti ləğv edəcək

İspaniya Kataloniyanın muxtar statusunu müvəqqəti ləğv edəcək

İspaniya hökuməti şənbə günü Kataloniyanın muxtar statusunu müvəqqəti olaraq ləğv edəcək, İspaniya baş nazirinin şöbəsi bildirib. Bundan əvvəl, Kataloniyanın müstəqillik planlarını dəqiqləşdirilməsinə verilən möhlətin vaxtı keçib və Kataloniya prezidenti buna heç bir şərh verməyib. Baş nazirinin şöbəsi

İspaniya hökuməti şənbə günü Kataloniyanın muxtar statusunu müvəqqəti olaraq ləğv edəcək, İspaniya baş nazirinin şöbəsi bildirib.

Bundan əvvəl, Kataloniyanın müstəqillik planlarını dəqiqləşdirilməsinə verilən möhlətin vaxtı keçib və Kataloniya prezidenti buna heç bir şərh verməyib.

Baş nazirinin şöbəsi deyib ki, tezliklə İspaniya konstitusiyasının 155-ci maddəsini icra etmək üçün nazirlər kabinetinin iclası keçiriləcək.

İspaniyada diktator General Franko-nun ölümündən sonra demokratik hökuməti təsis edən 1978-ci il konstitusiyasının 155-ci maddəsi böhran zamanı mərkəzi hökuməti rayonları birbaşa idarə etməyə icazə verir.

Lakin İspaniya tarixində bu maddədən heç vaxt istifadə edilməyib.

İspaniya baş naziri Mariano Rajoy-un Kataloniya lideri Carles Puigdemont-a oktyabrın 1-də muxtar regionda keçirilmiş icazəsiz referendumun nəticəsini ləğv edilməsilə bağlı yerli vaxtla səhər saat 10-a qədər möhlət vermişdi. Lakin bu vaxt artıq keçib.

Referendumdan sonra cənab Puigdemont müstəqillik bəyanatını imzalayıb, lakin sonra onu ləğv edərək hökuməti dialoqa çağırıb.

Yerli xəbərlərə görə, əgər Madriddəki mərkəzi hökumət rayonun idarəçiliyini öz üzərinə götürməyə cəhd edərsə, cənab Puigdemont müstəqillik planlarına davam edəcək.

Bunun Kataloniyada iğtişaşlara səbəb olacağı barədə narahatlıqlar var.

Möhlət tarixindən əvvəlki günlərdə, iki separatçı liderin həbsi Kataloniyada kütləvi etirazlara səbəb olub.

Spain's deputy prime minister Soraya Saenz de Santamaria speaks during a news conference at the Moncloa Palace in Madrid, Spain, 16 October 2017Baş nazir müavini Soraya Saenz de Santamaria Kataloniya hökumətinin öz mövqeyini dəqiqləşdirmədiyi halda Madridin daha sərt addımlar atacağını deyib

Kataloniya liderləri referendumun yerli əhalinin müstəqilliyi dəstəklədiyini göstərdiyini deyir, lakin mərkəzi hökumət onun qanuna zidd olduğunu və nəticənin ləğv olunmasının tələb edir.

Madridin mövqeyi nədir?

İspaniya Baş naziri Mariano Rajoy cənab Puigdemont-a müstəqillik sualına dəqiq cavab verməsi üçün möhlət verib və onu “məntiqli” olmağa çağırıb.

“Kataloniya müstəqilliyini elan edibmi sualına cavab vermək çətin deyil. Çünki əgər bunu edibsə, hökumətin vəzifəsi bir yolla hərəkət etməkdir, əgər etməyibsə, biz burada danışa bilərik”, o, çərşənbə günü parlamentə deyib.

Madrid deyir ki, bazar ertəsi günü cənab Puigdemont-un bu suala dəqiq cavab vermədiyi üçün bu ona verilən ikinci möhlətdir.

Cənab Puigdemont mövqeyini dəyişməsə nə olacaq?

Əgər cənab Rajoy hökumətin müdaxilə etməsinə qərar verərsə, onun nazirlər kabinetinin iclası başladaraq hansı addımların atılacağını müzakirə edəcəyi gözlənilir.

Cümə axşamı günü onun Brüsseldə Avropa İttifaqı zirvə görüşündə iştirak etməsi gözlənilir. O, kabinet iclasını ya bu görüşdən əvvəl keçirməlidir, ya da cümə gününədək təxirə salmalıdır.

Bundan sonra hökumətin 155-ci maddəyə əsasən hakimiyyətin Kataloniyadan Madridə keçirilməsinin icrasına yönəlmiş dəqiq addımlar barədə qərar verməsi gözlənilir.

Maddənin mətni belədir: “Əgər özünü idarə edən icma konstitusiyaya əsasən öz öhdəliklərini və ya digər qanunları yerinə yetirməsə və ya ümumiyyətlə İspaniyanın maraqlarına ziddiyətli hərəkətlərə yol verərsə, İspaniya hökuməti…bu icmanın öhdəliklərini yerinə yetirməsi üçün və ya qeyd edilmiş ümumi maraqları müdafiə etmək üçün bütün müvafiq addımları ata bilər.”

Ehtimal edilir ki, bu addımlara yerli polisin idarəçiliyinin ələ keçirilməsi, regionun maliyyə qərarlarını icra etmək və hətta növbədənkənar seçkilər elan etmək də daxil ola bilər.

Bundan sonra, cənab Rajoy-un Xalq Partiyası (PP) və onun İspaniya senatındaki müttəfiqləri bu addımlar siyahısını təsdiqləməli olacaq.

Ekspertlərin fikrincə, 155-ci maddə hökumətə muxtariyyat statusunu tamamilə ləğv etməyə və ya təsdiqlənmiş siyahıdaki addımlardan kənar hərəkətlər etməyə icazə vermir.

Madrid üçün bu, Kataloniyada qanunun aliliyinin təmin edilməsi barədədir, lakin mərkəzi hökumət kütləvi iğtişaşların və ya etiraz aksiyalarının baş verməsi istəmir, BBC-nin Barselonadaki müxbiri Tom Burridge deyir.

Kataloniya liderlərinin nə seçimləri var?

İspaniya və Kataloniya mediasındaki xəbərlərə əsasən, əgər Madrid cənab Puigdemont-un dialoq çağırışını rədd edərsə, o müstəqillik planlarına davam edəcək.

Barcelona football fans unveil banner that reads
Barselona futbol matçında “Dialoq, Hörmət, İdman” yazısı

O, müstəqilliyi elan etmək üçün müstəqillik hərəkatındaki təsirli fraksiyalar tərəfindən təzyiq altındadır.

Çərşənbə günü, Barselona futbol klubunun fanatları Yunanıstan klubub Olympiakos-a qarşı oyun zamanı siyasi danışıqlara çağırış edən böyük pankart nümayiş ediblər.

Cənab Puigdemont-un başqa bir seçimi də var.

Əgər, o, regionda yeni seçkiləri elən edərsə, Madridə 155-ci maddəni icra etmək lazım gəlməyəcək.

Bu kataloniyalılara gələcəkləri barədə mərkəzi hökumətə qəbul olunan bir şəkildə qərar verməyə imkan yaradacaq, ekspertlər deyir.

Lakin çərşənbə günü, Kataloniyanın xarici məsələlər rəhbəri Raul Romeva deyib ki, “seçkilər hələ masanın üstündə deyil”.

Cənab Rajoyun parlamentdə də qədər dəstəri var?

Kataloniya böhranında hakim PP-dan başqa cənab Rajoy mərkəz-solçu sosialistlər və mərkəzçi Cuidadanos (Vətəndaşlar) partiyasnının dəstəyinə malikdir.

Öz aralarında bu üç partiya İspaniya kongresinin 350 yerindən 254-nə sahibdir. Senatda isə 266 yerin ən azı 214-nü idarə edirlər.

Lakin son günlər parlamentdə sərt qarşıdurmalar olub. Bir solçu Kataloniya partiyası hökuməti dialoq əvəzinə repressiya və alçaldılma yolunu seçməkdə təqsirləndirib.

İfrat solçu Podemos partiyası və digər regional solçu partiyalar da hökumətin movqeyi ilə razı deyillər və kataloniyalı fəalların həbsinə qarşı etiraz edirlər. (BBC)

Print Friendly, PDF & Email
Review overview