Home / İqtisadiyyat  / İlham Əliyevlə Ərdoğan Bakıdan Türkiyəyə qatarla gedəcək – Nazirdən açıqlama

İlham Əliyevlə Ərdoğan Bakıdan Türkiyəyə qatarla gedəcək – Nazirdən açıqlama

Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçəcək ilk rəsmi qatar reysinin 30 oktyabrda Bakıdan başlanacağını bildirib. TRT-yə istinadən xəbər verilir ki, nazir dəmiryolu xəttində sınaqların davam etdiyini, son və əsas

Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçəcək ilk rəsmi qatar reysinin 30 oktyabrda Bakıdan başlanacağını bildirib.

TRT-yə istinadən xəbər verilir ki, nazir dəmiryolu xəttində sınaqların davam etdiyini, son və əsas mərhələnin yekunlaşmaq üzrə olduğunu deyib:

“Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan rəsmilərinin iştirakı ilə 30 oktyabrda Bakıdan ilk rəsmi qatar səfərinə başlanılacaq. Qatar Qarsa qədər gələcək. Sonra buradan yükü hara aparmaq istəsələr, buyursunlar, istər Aralıq dənizi olsun, istər ölkəmizin ən qərb ucuna, istərsə də Avropaya. Beləliklə, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti rəsmən açılacaq”. (Qafqazinfo)

Print Friendly, PDF & Email
Review overview