Home / Hadisə  / Heydər Əliyevin keçmiş mühafizəçisini bıçaqlayanlar polisə atış açdı

Heydər Əliyevin keçmiş mühafizəçisini bıçaqlayanlar polisə atış açdı

Xəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb. Cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb. Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb. Məlumata

Xəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

Cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.

Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.

Məlumata görə,Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər. (Virtualaz.org)

Print Friendly, PDF & Email
Review overview