Home / Mədəniyyət  / Nazarbayevin həyat yolu haqda kitab Azərbaycan dilində nəşr olundu

Nazarbayevin həyat yolu haqda kitab Azərbaycan dilində nəşr olundu

Bu günlərdə Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub. Bu haqda məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyin mətbuat xidməti yayıb. Məlumata görə, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan

Bu günlərdə Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabı Azərbaycan dilində nəşr olunub.
Bu haqda məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyin mətbuat xidməti yayıb.
Məlumata görə, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur. Kitabda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatı, odla-alovla apardığı mübarizədən, ölkənin var olmasının ölüm-qalım savaşında yadellilər və böyük güclərlə olan mücadilələrindən danışılır. Kitabın içərisindəki sənədlər prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillərdən ibarətdir.
Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.
Картинки по запросу əli həsənov
Kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media Mükafatı Laureatı, İ.Qaspıralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatı, publisist jurnalist, AzTV-nin Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib.
Kitabın ərsəyə gəlməsinin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı və fəlsəfə doktoru, Azərbaycan Milli Məclisinin deputatı Cavanşçir Feyziyevdir. Kitabın redaktoru Vəli Əkbərdir.
Hər iki dost ölkə arasındakı əlaqələri dəyərləndirən professor Əli Həsənov kitaba yazdığı ön sözdə əsərin məziyyətlərindən danışaraq, həm də iki dost ölkənin qardaşlıq və dostluq münasibətlərini önə çəkib. Eyni taleyi yaşayan hər iki xalqın həyatında liderlərin danılmaz rolundan söhbət açıb.
“Böyük qazax şairi O. Süleymenov ümummilli liderimiz Heydər Əliyev barədə xatirələrində onu iri hərflərlə USTAD deyə anırdı. Ümummilli liderimiz bu ünvana sadəcə Azərbaycan tarixində oynadığı rola görə deyil, eyni zamanda Qazaxıstana və O, Süleymenov kimi aydınlara qarşı həyata keçirilən ədalətsizliklərə göz yummamasına görə layiq bilinmişdir. İndi biz eyni ünvanı Türk dünyasının digər ağsaqqalı, qazaxların fəxrlə “Elbası” adlandırdıqları hörmətli Nursultan Nazarbayev haqqında da söyləyə bilərik”.
Əli Həsənovun qeyd etdiyi kimi, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsidir ki, hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşmışdır. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər. “Nursultan Nazarbayev: həyat yolu kitabı bu ölkədə yaşayan azərbaycanlılar üçün də ana dilimizin qorunub saxlanması zəminində böyük bir hədiyyədir. Nəzərə alanda ki, Qazaxıstan Respublikası artıq latın əlifbasına keçid mərhələsindədir, Azərbaycan dilinə çevrilmiş kitabı qazax qardaşlarımız da yaxın vaxtlarda çox asanlıqla oxuya biləcəklər. Astana və Almatı şəhərlərində kitabın təqdimatının həyata keçirilməsi planlaşdırılır.
Print Friendly, PDF & Email
Review overview