Home / Siyasət  / Kataloniyada müstəqillik təxirə salındı – geri addım

Kataloniyada müstəqillik təxirə salındı – geri addım

Kataloniya Regional Hökumətinin rəhbəri Karles Puçdemon İspaniya hökuməti ilə dialoqun davam etdirilməsi üçün mütəqilliyin elan edilməsini təxirə salıb. Xarici KİV-ə istinadən xəbər verili ki, Puçdemon problemin müzakirələrlə həll edilə biləcəyini və beynəlxalq vasitəçilərin cəhdlərinin də dəyərləndiriləcəyini

Kataloniya Regional Hökumətinin rəhbəri Karles Puçdemon İspaniya hökuməti ilə dialoqun davam etdirilməsi üçün mütəqilliyin elan edilməsini təxirə salıb.

Картинки по запросу карлес пучдемон

Xarici KİV-ə istinadən xəbər verili ki, Puçdemon problemin müzakirələrlə həll edilə biləcəyini və beynəlxalq vasitəçilərin cəhdlərinin də dəyərləndiriləcəyini söyləyib:

“Referendumda 90 faizlə müstəqillik tərəfdarları qalib gəlib. Xalqın Kataloniyanın dövlət olması istiqamətində ortaya qoyduğu iradəsinin təcəlli etməsini istəyirəm. Müstəqillik düşüncəmizdən əl çəkmirik, sadəcə təxirə salırıq”.

Qeyd edək ki, daha öncə Kataloniya rəhbərliyi müstəqilliyin 12 oktyabrda elan edilə biləcəyini açıqlamışdı. (Qafqazinfo)

Print Friendly, PDF & Email
Review overview