Home / Siyasət  / Putin Türkiyəyə getdi – FOTO+VİDEO

Putin Türkiyəyə getdi – FOTO+VİDEO

Bu gün axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. Anadolu Agentliyinə istinadla xəbər verilir ki, səfər çərçivəsində Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Daha sonra dövlət başçıları mətbuat konfransı keçirəcəklər. Rusiya

Bu gün axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib.

Anadolu Agentliyinə istinadla xəbər verilir ki, səfər çərçivəsində Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Daha sonra dövlət başçıları mətbuat konfransı keçirəcəklər.

Rusiya xəbər qaynaqlarının məlumatına görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan “Türk axını” və Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, habelə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Görüşdə İraq və Suriya problemi barədə müzakirələrin aparılacağı da bildirilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Ərdoğan Putini prezident sarayının önündə qarşılayıb.

Liderlər jurnalistlər qarşısında əl sıxışıb və daha sonra təkbətək və heyətlərarası görüşlərə başlayıb.

Tərəflərin Suriya və İraq böhranı başda olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcəyi bildirilib.

Həmçinin Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekləri ilə də bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Qeyd edək ki, Su-24 böhranından sonra bu, Putinin Türkiyəyə 2-ci səfəridir.

***

Putin və Ərdoğan təxminən 1.5 saatlıq görüşdən mətbuata birgə açıqlama veriblər.

Rusiya dövlət başçısı görüşün səmimi və konstruktiv ortamda keçdiyini bildirib.

“İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumunu dəyərləndirdik. İqtisadi əlaqələri müzakirə etdik. Bu ilin 7 ayı ərzində ticarət həcmi 30 faiz artdı. Suriyada təhlükəsiz bölgələrlə bağlı önəmli uğura imza atdıq. Bu il Rusiyadan Türkiyəyə gələn turist sayı 11 dəfə artdı. Ərdoğanla keçirdiyim görüşdən dolayı dərin təşəkkürümü bildirirəm. Toplantının olduqca məhsuldar olduğunu düşünürəm”.

Ərdoğan öz növbəsində Putinlə bu il ərzində 5-ci dəfə bir araya gəldiyini qeyd edib:

“İki ölkə olaraq şura toplantılarına böyük önəm veririk. Nazirlərimiz mütəmadi görüşürlər. Ölkələrarası önəmli əlaqələrdən biri də energetika sahəsini əhatə edir. “Türk axını” və “Akkuyu” nüvə stansiyası ilə bağlı danışıqlar davam edir. Suriya ixtilafının siyasi yolla həllində birgə iradəmizi yenidən ortaya qoyduq. İstər İraq, istərsə də Suriya mövzusunda həmfikirik. Beynəlxalq birlik də İraqın ərazi bütövlüyündən yanadır. Dostum Putinlə görüşün məhsuldar keçdiyinə inanıram”. (Axar.az)

Print Friendly, PDF & Email
Review overview