Home / Cəmiyyət  / Lütfi Zadənin cənazəsi Bakıya gətirildi – FOTO

Lütfi Zadənin cənazəsi Bakıya gətirildi – FOTO

Bu gün dünya şöhrətli azərbaycanlı alim, professorLütfi Zadənin cənazəsi Azərbaycana gətirilib. Cənazəni Heydər Əliyev adına beynəlxalq hava limanında tanınmış akademiklər Rasim Əliquliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri

Bu gün dünya şöhrətli azərbaycanlı alim, professorLütfi Zadənin cənazəsi Azərbaycana gətirilib.

Cənazəni Heydər Əliyev adına beynəlxalq hava limanında tanınmış akademiklər Rasim Əliquliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və digər ziyalılar qarşılayıb.

Qeyd edək ki, Lütfi Zadənin nəşi sentyabrı 26-da ABŞ-dan yola salınmışdı.

Cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Lütfi Zadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Mərasim saat 12.00-dan 14.00-dək davam edəcək.

Lütfi Zadənin I Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Daha sonra ABŞ-a köçüb.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi.  (Teleqraf.com)

Print Friendly, PDF & Email
Review overview