Home / Mədəniyyət  / Vüqar Qaradağlı və daha 32 nəfər ATV-dən qovuldu

Vüqar Qaradağlı və daha 32 nəfər ATV-dən qovuldu

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. İşdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub. Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb. Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.

İşdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub.

Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Картинки по запросу azər xəlilov cbc

Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində “ATV International” kimi fəaliyyət göstərib. (Bizimyol.info)

ATV kanalına yeni rəhbər təyin olunan Azər Xəlilov açıqlamasında məlumatın doğru olduğunu bildirib. “Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir”.

Verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var.

 

ATV-nin baş prodüseri Taleh Bağırov da işdən uzaqlaşdırılanlar sırasındadır.

 

ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri KVN-dən tanıdığımız Vado Korovin də işdən çıxarılıb.

 

“Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da vəzifəsindən azad olunub.

Ümumilikdə ATV-də işdən azad edilən 32 nəfərdən 7-si rəhbər vəzifələrdə çalışıb.

ATV-də işdən çıxarılan rəhbər vəzifəlilərdən biri də baş rejissor Vüqar Vəliyevdir.

Qeyd edək ki, Vüqar Vəliyev mərhum rejissor Tariyel Vəliyevin oğludur. (teleqraf.com)

Print Friendly, PDF & Email
Review overview