Home / Maraqlı  / Bakıda “OPEL” AzTV-nin loqosu ilə taksiçilik edir

Bakıda “OPEL” AzTV-nin loqosu ilə taksiçilik edir

Şəhərdə şirkətlərdən birinin taksi xidməti göstərən nəqliyyat vasitəsi ön şüşəyə yapışdırdığı yazı ilə marağa səbəb olub. Taksi fəaliyyəti göstərən 99-CK-163 dövlət nömrə seriyalı “Opel Astra” markalı avtomobil polislərdən yayınmaq məqsədi ilə ön şüşəsinə Azərbaycan Dövlət Telelviziyasının

Şəhərdə şirkətlərdən birinin taksi xidməti göstərən nəqliyyat vasitəsi ön şüşəyə yapışdırdığı yazı ilə marağa səbəb olub.

Taksi fəaliyyəti göstərən 99-CK-163 dövlət nömrə seriyalı “Opel Astra” markalı avtomobil polislərdən yayınmaq məqsədi ilə ön şüşəsinə Azərbaycan Dövlət Telelviziyasının loqosunu yapışdırıb.

Məsələ ilə bağlı açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bunu qanunsuz əməl adlandırıb: “Bu, sadəcə olaraq biabırçılıqdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə fərqlənmə nişanı və taksi işarəsi kifayət edir. Hansısa loqodan istifadə etmək qanunsuzluqdur. Bunun cəriməsi yoxdur. Həmin şəxsi ancaq həmin taksi xidməti daxili qaydalara uyğun şəkildə cəzalandıra bilər. Çünki əlavə lövhədən istifadə edir, amma görünür sürücü bunu polisdən yaxa qurtarmaq üçün edib. Həmin şəxsin cəzalandırılması yalnız televiziya rəhbərliyinin hüquq mühafizə orqanalarına şikayəti əsasında mümkündür”.

Sözügedən taksi şirkətinin rəsmisi Bədir Balaxanov isə açıqlamasında həmin şəxsin taksi sürücüsü kimi şirkətə müraciət etdiyini bildirib: “Həmin şəxs bizə taksi sürücüsü kimi müraciət edib. Onun televiziya əməkdaşı olub-olmaması araşdırılacaq. Əgər qanunsuz şəkildə televiziyanın adından sui-istifadə edirsə, o dərhal bizim şirkətlə əməkdaşlıqdan uzaqlaşdırılacaq”. (Big.az)

Print Friendly, PDF & Email
Review overview