Home / Maraqlı  / AST Telmanın oğlunun 2 milyonluq maşını əlindən alındı

AST Telmanın oğlunun 2 milyonluq maşını əlindən alındı

“Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın 2 milyon dəyərindəki Rolls-Royce markalı avtomobili bir şirkət tərəfindən müsadirə edilib. İş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb. Həmin avtomobildə otelin açılışı

“Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın 2 milyon dəyərindəki Rolls-Royce markalı avtomobili bir şirkət tərəfindən müsadirə edilib.

İş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb.

Həmin avtomobildə otelin açılışı zamanı Monika Belluçu, Şakira, Paris Hilton kimi məşhurlar əyləşiblər.

Məşhur otelin baş direktoru Selçuk Şentepe də borcları ilə əlaqədar olaraq çətin günlər yaşadıqlarını etiraf edib.

Şentepe həmçinin bildirib ki, “Mardan Palace”ın sahibi Türkiyəyə 1,5 milyard dollar sərmayə qoyub, qarşılığı bu olmamalı idi: “Maşını müsadirə edildi” başlığı ilə gündəmə gəlməməli idilər”.

Xatırladaq ki, ötən gün Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılova aid 12 ünvanda axtarış aparıblar. (Qafqazinfo)

Print Friendly, PDF & Email
Review overview